“Qadınlar kosmosda: çətinliklər və imkanlar” mövzusunda tədbir
Digər xəbərlər

“Qadınlar kosmosda: çətinliklər və imkanlar” mövzusunda tədbir

Azərkosmos və Kosmik Nəsil Məşvərət Şurasının təşkilatçılığı, ADA Universitetinin dəstəyi ilə Azərbaycanda ilk dəfə “Space Generation Azerbaijan (SG Azerbaijan)” tədbiri keçirilib. Tədbir “Qadınlar kosmosda: çətinliklər və imkanlar” mövzusuna həsr olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir ki, Dünyada hər il aprelin sonuncu həftəsinin dördüncü günü “İKT-də Qızlar” Günü kimi qeyd edilir. Bu əlamətdar gün qızları informasiya texnologiyaları sahəsinə cəlb etmək, onların bu sektorda rolunun artırılmasına dəstək vermək məqsədini daşıyır.

“Space Generation Azerbaijan” tədbirində əsasən 18-35 yaş qrupuna aid olan tələbələr, gənc mütəxəssis və alimlər, kosmos həvəskarları kosmik elm və texnologiya sahəsinə dair sessiyalarda, panel müzakirələrdə və vebinarlarda, master-klass və netvörkinqdə iştirak ediblər.

Əli SADIQOV,

"Respublika".