Priqojinə qarşı növbəti plan 
Dünya xəbərləri

Priqojinə qarşı növbəti plan 

Məlum olduğu kimi son zamanlarda Rusiya təbliğatçıları tərəfindən “Vaqner”in təsisçisi Yevgeni Priqojinin qəribə şəkilləri yayımlanır. Onlar, Priqojinə sui-qəsd hazırlandığını düşünürlər. 

“Respublika” xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. 

“Priqojin barədə dərc edilənlər onun öldürülməsinə hazırlıq ola bilər. Rusiya təbliğatçılarının bu şəkilləri yaymasında məqsəd nədir? Həm Rusiya, həm də Qərb şəkilləri  ictimaiyyətə göstərməklə Priqojinin əsl vətənpərvər imicini məhv etməyə çalışır. Bununla onlar Priqojini ələ salmaq, məhkəməyə cəlb etmək və ya Rusiya xüsusi təyinatlıları tərəfindən öldürülməsinə yol açmaq istəyirlər”, - deyə, məlumatda bildirilib. 

Nəzrin ELDARQIZI, 

“Respublika”