Prezident və 28-ci çağırış Parlament seçkiləri demokratiyanın təntənəsidir
Siyasət

Prezident və 28-ci çağırış Parlament seçkiləri demokratiyanın təntənəsidir

Mayın 14- Türkiyədə növbəti prezident parlament seçkiləri keçirildi. Seçkilərdə 64 milyon 113 min 941 nəfər seçici səsvermə hüquqlarından istifadə edərək, yenidən sandıq başında bir araya gəldilər. Əhali böyük müdrikliklə yeni dövlət başçısını növbəti çağırış parlamentin tərkibini müəyyənləşdirməklə bir daha özünün yüksək seçici mədəniyyətini bütün dünyaya nümayiş etdirdi. Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprelin 27-dən mayın 9-dək öz seçimini etdi. Ölkə xaricində qeydiyyatdan keçən 3,4 milyon seçicinin 1,7 milyondan çoxunun səsvermədə iştirak etdiyi bildirilir. Verilən məlumatlara görə, Türkiyədən kənarda yaşayan vətəndaşların əksəriyyəti hakim Ədalət İnkişaf Partiyasını Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.

Prezident kürsüsü uğrunda 3 namizəd mübarizə aparıb. Bunlar "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu "Ata İttifaqı"nın namizədi Sinan Oğandır. "Cümhur İttifaqı"nda Ədalət İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası Demokratik Sol Partiyası birləşib. "Millət İttifaqı"nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası Demokratiya İnkişaf Partiyası (DEVA) təmsil olunur. "Ata" İttifaqına isə Zəfər, Ədalət, Ölkəm Türkiyə İttifaqı partiyaları daxildir.

Seçkilər ölkə vaxtı ilə səhər saat 08:00-da başlayıb, 17:00-da başa çatıb. Seçki qutularının 99 faizinin açılmasından sonra "Cümhur İttifaqı"nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,50 faiz, "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu 44,89 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,17 faiz səs qazanıb. Parlament seçkilərində nəticələrə görə, "Cümhur İttifaqı" 49,46 faiz (322 millət vəkili), "Millət İttifaqı" 35,02 faiz (213 millət vəkili), "Əmək Azadlıq İttifaqı" 10,54 faiz (65 millət vəkili), "Ata İttifaqı" 2,44 faiz səs toplayıb.

Prezident seçkilərinin ilk turunda namizədlərin heç birinin 50 faizdən çox səs toplaya bilmədiyi halda növbəti ikinci turunun mayın 28- keçiriləcəyi bildirilir. Belə olan halda növbəti turda ən çox səs qazanmış iki namizəd mübarizə aparacaq. Yəni seçicilər iki namizəd arasında seçim edəcək. Səsvermənin nəticəsinə əsasən, ən çox səs qazanmış namizəd Türkiyənin 13- Prezidenti olacaq.

Seçkilərdə faiz çoxluğu ilə öndə gedən Prezident Rəcəb Tayyib Ərdoğan, Ankarada, AKP-nin mərkəzində çıxış edərək deyib ki, əgər seçki ikinci tura qalsa, biz ona da hazırıq. "Məclisimizdə çoxluğu Cümhur İttifaqına verən millətimizin prezident seçimində güvən istiqlal tərəfdarı olacağına şübhəmiz yoxdur", - deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib. O, seçkiyə gedən "rekord sayda" seçiciyə təşəkkür edib. "Bütün siyasi həyatım boyunca millətin qərarına hörmət etdim, bundan sonra da hörmət edəcəm", - Prezident vurğulayıb. "Biz siyasi həyatımızda həmişə milli iradənin qərarına, yəni sizin qərarınıza hörmətlə yanaşmışıq. Bu seçkidə buna hörmətlə yanaşırıq növbəti seçkilərdə buna hörmətlə yanaşacağıq", - Ərdoğan söyləyib.

Öz növbəsində CHP sədri Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu da Millət İttifaqının liderlərinin iştirakı ilə verdiyi açıqlamasında deyib ki, əgər seçki ikinci tura qalarsa, buna hazırdılar. Beləliklə bu seçkilər Türkiyədə ən gərgin keçən seçkilər kimi yadda qaldı. Seçkilərin gərginliyini şərtləndirən ən mühüm amil Türkiyənin son illər qlobal məkandakı hərbi-siyasi proseslərə təsir imkanlarının güclənməsindən genişlənməsindən qaynaqlanır. Zaman-zaman bölgədə maraqlarını təmin etmək üçün mübarizə aparan böyük tərəflər indi Türkiyəni yenidən zəiflədib öz imperialist maraqlarını diktə etməyə çalışırlar. Digər tərəfdən artıq ikinci dəfədir ki, Türkiyə öz prezidentini ümumxalq səsvermə yolu ilə seçir. Bura prezident parlament seçkilərinin eyni gündə keçirildiyini əlavə etsək istər ölkə daxilində, istərsə xaricdə bu səsvermədəki toqquşan maraqların qədər güclü olduğunu göz önünə ala bilərik.

Gedən proseslərə nəzər salsaq görərik ki, Türkiyə seçicisinin əsas hissəsi həlledici məqamlarda real vəziyyəti düzgün qiymətləndirərək güclü liderə səs verdi. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə hakim Ədalət İnkişaf Partiyasının (AK Parti) siyasi hakimiyyəti dövründə Türkiyə böyük inkişaf mərhələsini adlayaraq növbəti hədəflərə doğru yeni yüzilə qədəm qoyub. Yeni infrastrukturların yaradılması, hərbi-sənaye kompleksinin inkişafı ilə ölkənin milli təhlükəsizliyinə birbaşa təsir göstərən xaricdən asılılığın aradan qaldırılması, beynəlxalq enerji təhlükəsizliyi istiqamətində nəhəng layihələr həyata keçirilməsi, zəlzələ, meşə yanğınları, sel daşqınlar daxil olmaqla təbii fəlakətlərə aid sosial problemlərin sistemli qaydada həlli, Rusiya-Ukrayna müharibəsinin dünya üçün yaratdığı qida böhranı risklərinin məhz rəsmi Ankaranın gücü ilə aradan qaldırılması s. məsələlər müasir dövrün Türkiyəsinin yaratdığı reallıqlardır.

Beləliklə, mayın 14- Türkiyə xalqı böyük müdrikliklə yeni dövlət başçısını növbəti çağırış parlamentin tərkibini təsdiqləmək üçün sandıq başına getdi. bir daha özünün yüksək seçib-seçilmək mədəniyyətini bütün dünyaya nümayiş etdirdi. Xatırladaq ki, 2018-ci ildə keçirilən seçkilərdə 52,6 faiz səslə Rəcəb Tayyib Ərdoğan qalib gəlmişdi.

Türkiyədə prezident seçkiləri ikinci tura qalıb. Bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri açıqlamasında bildirib. Seçkilərin ikinci turu mayın 28-i baş tutacaq. Qeyd olunub ki, bülletendə namizədlərin sırasında hər hansı dəyişiklik edilməyəcək. Belə ki, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın adı birinci, CHP sədri Kamal Kılıçdaroğlunun adı isə ikinci olacaq. Mayın 19-u seçkilərin birinci turunun yekun nəticələri açıqlandıqdan sonra, mayın 20-si ölkə xaricində səsvermə prosesi başlayacaq mayın 24-ü başa çatacaq. Proses yerli vaxtla saat 08:00-da başlayıb 17:00-da bitəcək.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.