Peter Siyarto: Macarıstan Azərbaycana 200 tələbəlik təqaüd yeri təklif edir
Digər xəbərlər

Peter Siyarto: Macarıstan Azərbaycana 200 tələbəlik təqaüd yeri təklif edir

Macarıstan Azərbaycan üçün 200 tələbəlik təqaüd yeri təklif edir.

AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto fevralın 3-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

Nazir bildirib ki, iki ölkə arasında elm və təhsil sahəsində də əlaqələr inkişaf edir. Macarıstan Azərbaycan tələbələri üçün təqaüd proqramı həyata keçirdiyinə görə çox şaddır.

AZƏRTAC