Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş tədbir
Digər xəbərlər

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş tədbir

 “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində iyun ayının 12-də YAP Nəsimi rayon təşkilatı tədbir keçirib. 13 iyun Nəsimi RİH-dən bildirilir.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov ümummilli lider Heydər Əliyevin Prezident seçilməsi ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsasının qoyulduğunu qeyd etdi. Ümummilli Liderin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsini vurğuladı.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində ümummilli lider Heydər Əliyevin xidmətlərinin, onun əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var.

YAP Nəsimi rayon təşkilatının fəal üzvü, Ərazi Partiya təşkilatının sədri Xaliq Hüseynov Ulu Öndərin dövlət quruculuğu sahəsindəki xidmətlərindən danışdı.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğuladı ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni eranın təməli qoyuldu.

“Respublika”.