Pentaqon UFO görüntüləri yayımlayıb
Maraqlı

Pentaqon UFO görüntüləri yayımlayıb

Pentaqon naməlum uçan obyektlərə (UFO) və onların aşkar edilməsinə dair sübutlara həsr olunmuş xüsusi sayt işə salıb. Burada videolar, statistik məlumatlar və hərbi qulluqçular üçün tövsiyələr yer alıb.

"Respublika" xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Bildirilib ki, saytın yaradılmasında məqsəd UFO-lar haqqında alınan məlumatları sinxronlaşdırmaqla, kəşfiyyat və texniki xarakterli sürprizləri minimuma endirməkdir.

Qeyd edək ki, UFO-lar sırasına Pentaqona məlum obyektlərə aid edilə bilməyən, sensorlar və müşahidəçilər üçün izaholunmaz şəkildə davranan naməlum anomal obyekt və hadisələr daxildir.

Nəzrin ELDARQIZI,

"Respublika".