Payızlıq bitkilərin səpini başa çatıb
Digər xəbərlər

Payızlıq bitkilərin səpini başa çatıb

Ölkədə 2024-cü ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatıb və cari il yanvar ayının 1-i vəziyyətinə 1 milyon 25,4 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Səpin aparılmış sahənin 99,0 faizini və yaxud 1015,6 min hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdir ki, onun da 598,3 min hektarı buğda, 417,1 min hektarı arpa, 161,0 hektarı isə çovdar əkinlərinin payına düşür.

Ən çox buğda bitkisi Cəlilabad (56,6 min hektar), Füzuli (32,0 min hektar), Şamaxı (29,3 min hektar), Hacıqabul (24,6 min hektar), Şəki (24,1 min hektar), İsmayıllı (21,2 min hektar), Ağcabədi (20,0 min hektar) və Xocavənd (18,9 min hektar) rayonlarında əkilib. Ən çox arpa bitkisi isə Kürdəmir (34,5 min hektar), Şəki (34,2 min hektar), Neftçala (26,7 min hektar), Biləsuvar (24,3 min hektar), Ağsu (19,9 min hektar), Goranboy (15,7 min hektar) və Qobustan (14,6 min hektar) rayonlarında səpilmişdir.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə arpanın səpin sahəsi 4,3 faiz artmışdır.

"Respublika".