Paşinyanın növbəti total məğlubiyyəti
Digər xəbərlər

Paşinyanın növbəti total məğlubiyyəti

"Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti üçtərəfli görüşdə ölkə başçımız daha bir tarixi qələbəyə imza atdı. Bu, xarici havadarlarına bel bağlayan Paşinyanın növbəti total məğlubiyyəti oldu". Bu fikri bizimlə söhbətində Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, görüşdə Paşinyan bir daha BMT Nizamnaməsinə 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü suverenliyini qəbul etdiyini vurğuladı. Tərəflər Azərbaycanın 86,6 min kv.km Ermənistanın 29,8 min kv.km ərazilərini tanıdıqlarını bəyan etdilər. Bu o deməkdir ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi qəbul etmişdir. Azərbaycan diplomatiyasının daha bir uğuru Azərbaycandan Naxçıvana dəmir yol xəttinin bərpa olunması haqqında razılığa gəlinməsi oldu. Görüşdə Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquqlarının təhlükəsizliyinin qorunmasına dair məsələ müzakirə edilmişdir. Prezident İlham Əliyev çıxışlarında Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə dialoqun qurulmasının mümkünlüyünü Azərbaycan dövlətinin onların hüquq təhlükəsizliklərinin qorunmasına zəmanət verdiyini bildirmişdi. Ölkəmizdə yaşayan digər xalqlarla yanaşı ermənilərin hüquqları Azərbaycan Konstitusiyasına uyğun qorunacaq.

Qeyd olundu ki, bir neçə gün bundan əvvəl ABŞ-da bu ölkənin Dövlət katibinin iştirakı ilə Azərbaycan Ermənistan xarici işlər nazirlərinin, eləcə Brüsseldə dövlət liderlərinin budəfəki görüşündə Azərbaycan tərəfinin sülh sazişinin imzalanması üçün irəli sürdüyü prinsiplər müsbət qiymətləndirilmişdir. Bu prinsiplər beynəlxalq hüquq əsasında hazırlanmış başqa alternativi yoxdur.

M.NƏRİMANOĞLU,

"Respublika".