“Heydər Əliyev İli” çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində “Tələbə Gənclər Təşkilatlarının Liderlik Düşərgəsi” keçirilib. 8 iyun Gənclər və İdman Nazirliyindən bildirilir ki, proqrama uyğun olaraq, müxtəlif mövzularda təlimlər, müzakirələr intellektual və idman oyunları keçirilib, həmçinin Ağcabədi şəhərinin gəzməli-görməli yerilərinə ekskursiyalar təşkil olunub.
Düşərgədə gənclər və idman nazirinin müavini İndira Hacıyeva qonaq qismində iştirak edib.
“Respublika”.