Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Şəhidlər xiyabanını ziyarət edib
Sosial həyat

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15- Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Pakistanın Baş naziri "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Pakistanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.