Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 259 doza vaksin vurulub
Səhiyyə

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 259 doza vaksin vurulub

Aprelin 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 259 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 207, ikinci doza vaksinlərin sayı 21, üç və daha çox doza vaksinlərin sayı 21, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 10-dur.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 959 min 427, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 410 min 89, ikinci mərhələ üzrə 4 milyon 880 min 581, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 641, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 116-dır.                                  

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 18 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 18 yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 min 128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 689 nəfər müalicə olunaraq sağalıb, 10 min 230 nəfər vəfat edib. Aktiv xəstə sayı 209 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 913, indiyə qədər isə ümumilikdə 7 milyon 584 min 235 test icra olunub.