Ölkəmizə gələnlərin sayı 2,2 dəfə artıb
Digər xəbərlər

Ölkəmizə gələnlərin sayı 2,2 dəfə artıb

DSK-dan verilən məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 176 ölkəsindən 1162,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Gələnlərin 26,6 faizi Rusiya Federasiyası, 19,6 faizi Türkiyə, 11,0 faizi İran, 7,4 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 3,1 faizi Hindistan, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,8 faizi Ukrayna, 1,7 faizi İsrail, 1,6 faizi Küveyt, 1,5 faizi Özbəkistan, 1,4 faizi Oman, 1,1 faizi Böyük Britaniya, 11,0 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 74,4 faizini kişilər, 25,6 faizini qadınlar təşkil etmişdir.

2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,1 dəfə artaraq 283,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 55,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 395,3 min nəfər olmuşdur.

 "Respublika".