Şirkət beş nəfərin ölümünə səbəb olan “Titan” sualtı fəlakətinə baxmayaraq, Şimali Atlantika sularında “Titanik” gəmisinin batdığı yerə təşkil edilmiş turlar üçün bilet satmağa davam edir.
2024-cü il üçün tur cədvəli şirkətin rəsmi saytında "Expeditions" başlığı altında yerləşdirilib və bir biletin qiyməti 250.000 ABŞ dolları olaraq göstərilib.
Qeyd edək ki, iyunun 19-da "Titanik"in qalıqlarının olduğu əraziyə eniş zamanı “Titan” sualtı batiskafı ilə əlaqə kəsilib. Üç gündən sonra "Titan"ın qalıqları aşkar edilib. Batiskafda olan 5 nəfərin hamısı həlak olub.