Nikol Paşinyanın etirafları
Siyasət

Nikol Paşinyanın etirafları

44 günlük müharibədən iki il sonra Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ildə baş verən prosesləri gündəmə gətirib. Bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə ilk söhbəti oktyabrın 7- onu ad günü münasibətilə təbrik edəndə olub. Daha sonra Putin atəşkəsin mümkün qədər tez əldə olunması üçün vasitəçilik səyləri göstərmək istədiyini bildirib. Erməni lider razılaşaraq atəşkəsin şərtlərini soruşub. Ortaq mövqe ondan ibarət olub ki, ilkin şərt qoyulmadan atəş dayandırılmalı, tərəflər öz mövqelərində qalmalı, bundan sonra kompromislərlə bağlı məsləhətləşmələr başlamalıdır. Paşinyan bu variantın məqbul olduğunu bildirib. Putin İlham Əliyev ilə danışdığını, lakin Azərbaycan Prezidentinin atəşkəslə razılaşmağa hazır olmadığını bildirib. Ertəsi gün Rusiyanın dövlət başçısı Paşinyana zəngində  bildirib ki, Azərbaycanın atəşkəs üçün ilkin şərtləri var. Paşinyan isə ilkin şərtlərin qəbuledilməz olduğunda israr edib, buna görə sülh oktyabrda baş tutmayıb.

"13 oktyabr 2020-ci ildə mən Rusiya Prezidentinə müharibəni dayandırmaq üçün etməli olduğumu soruşdum. Eyni mövzuda daha uzun söhbət oktyabrın 16-da oldu. O, belə bir fikir bildirdi ki, 5 rayonun qaytarılması müqabilində, əlbəttə ki, heç bir status dəqiqliyi olmadan müharibənin dayandırılmasından danışmaq olar. Həmin gün qərara alındı ki, tərəflər bu ideyanın həyata keçirilməsi üzərində işə başlasınlar. Oktyabrın 17- Fransa prezidenti Emmanuel Makron Azərbaycan Prezidentinin oktyabrın 18-i saat 00:00-dan etibarən heç bir şərt irəli sürmədən atəşkəs rejiminin yaradılmasına razılıq verdiyini bəyan etdi. Oktyabrın 17- axşam saatlarında bu barədə məlumat yayıldı. Lakin hərbi əməliyyatlar dayandırılmadı. Bunu nəzərə alıb əvvəlki proqrama qayıtdım oktyabrın 19-da günortadan sonra Putinlə danışdım. Rusiya Prezidenti qeyd etdi ki, Moskvanın uzun illər əvvəl işləyib hazırladığı plan əsasında müharibəni dayandırmaq mümkündür. Şərt isə belədir - 5+2 formatında 7 rayon qaytarılır, Laçın yolu ilə Ermənistanla Qarabağ arasında əlaqə məsələsi həll edilir, Rusiya sülhməramlıları Qarabağa yerləşdirilir, lakin status qeyri-müəyyən olaraq qalır".

Bu şərtlərdən başqa, Ermənistan azərbaycanlı qaçqınların Şuşaya qayıtmasına təminat verilməli, eləcə Naxçıvana dəhlizin açılması üçün Mehridə rus sülhməramlıların yerləşdirilməsi təmin edilməli idi. Amma Paşinyan bununla razılaşmayıb. Oktyabrın 26-dan etibarən atəşkəs üçün ABŞ-ın da vasitəçiliyi fayda verməyib. Nəticədə, 2020-ci il noyabrın 6-da Azərbaycan, Ermənistan Rusiya liderlərinin üçtərəfli Bəyanatı üzrə son danışıqlar başlayıb. Paşinyanın sözlərinə görə, o, Şuşa Ermənistan ərazisindən keçən ekstraterritorial dəhlizlə bağlı müddəalar olmaması şərtilə Bəyanatı imzalamağa razılaşıb:

"Noyabrın 8- noyabrın 9-da onunla 20- yaxın, bütün müharibə dövründə isə Rusiya Federasiyasının Prezidenti ilə 60-a yaxın telefon danışığım olub. Sonda müzakirələr nəticəsində elə bir mətnə gəldik ki, Şuşa haqqında, Ermənistan ərazisindən dəhliz yaradılması barədə heç deyilməsə , hərbi əməliyyatların dayandırılması, 7 rayonun qaytarılması təmin olunsun. Laçın dəhlizinin açılması orada Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi qərara alındı. Mən üçtərəfli Bəyanatın mətnini noyabrın 9-da gecəyarısı deyil, noyabrın 9-u səhər saatlarında imzaladım".

Amma Paşinyanın sözlərinə görə, prosesin kulminasiya nöqtəsi noyabrın 9-da axşam olub. O zaman məlum olub ki, Azərbaycan praktiki olaraq razılaşdırılmış mətnə yeni əlavələr təklif edib. Beləliklə, imzalanmış mətn dövriyyədən çıxıb, sonra yenidən danışıqlar başlayıb. Amma guya gecə saatlarında döyüş əməliyyatlarının aktivləşməsi Xankəndi səmasında çoxlu sayda pilotsuz təyyarələrin olduğu barədə xəbərlərin gəlməsilə birgə Paşinyan sözügedən sənədi imzalayıb. Onun sözlərinə görə, Şuşanın itirilməsi 10 noyabr 2020-ci il tarixli Bəyanatın imzalanmasının əsas səbəblərindən biri olub.

"Niyə mən noyabrın 10-da üçtərəfli Bəyanatı imzaladım? Burada, təbii ki, Şuşanın itirilməsi dönüş nöqtəsi oldu. Burada şəhərin təkcə simvolik mənası deyil, həm strateji əhəmiyyəti var idi. Şuşadan sonra Xankəndi hücuma məruz qalacaq, Xocavəndə təzyiqlər artacaqdı. Ən əsası isə 25 minə yaxın əsgər mühasirəyə düşə bilərdi".

Paşinyanın üçtərəfli Bəyanatın imzalanmasına dair gözlənilməz çıxışına Azərbaycan Xarici İşlər Nazirliyindən cavab gecikməyib. XİN-in məlumatında bildirilib ki, 20 iyun tarixində Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Parlamentində çıxışı zamanı 44 günlük müharibədə ümumilikdə, işğal dövründə aparılmış bir sıra danışıqlar təhrif edilib. O da qeyd edilib ki, Ermənistan baş nazirinin müharibə zamanı hər bir danışıqdan humanitar atəşkəsdən dərhal sonra müharibə zonasından kənar mülki əhalinin sıx yaşadığı Azərbaycan şəhərlərini raket atəşinə tutmasını mülki əhalini qətlə yetirməsini danması Ermənistan tərəfinin faktları necə təhrif etdiyini bir daha nümayiş etdirir. Nazirliyin məlumatında yekunda o da vurğulanıb ki, Ermənistan tərəfinin tarixi səhvlərindən dərs çıxarması postmünaqişə dövründə sülh prosesinin uğurla nəticələnməsi işinə maneçilik törətmək səylərindən əl çəkməsi zəruridir.

Göründüyü kimi, Paşinyanın nəyə görə bu açıqlamaları verdiyi XİN-in bəyanatında öz əksini tapıb. Ən maraqlı məqam onun bütün bunları niyə məhz indi dilə gətirməsidir. Əslində, bunun da cavabı sadədir. Çünki hazırda Nikol Paşinyan 44 günlük müharibə dövründə baş verən hadisələrə görə İstintaq Komitəsində dindirilir. Buna görə Ermənistan revanşistlərinin qarşısında özünü günahsız, hətta yazıq göstərmək üçün faktları təhrif edir. Ermənistan ordusunun hansı səbəblərdən məğlub olduğunun bir hissəsini dilə gətirməklə məsuliyyəti özündən əvvəlki hakimiyyətin daşıdığına işarə edir. Bu məqamda onu da vurğulamaq lazımdır ki, Paşinyan müharibə şəraitini araşdıran parlament komissiyasının iclasında da bu məsələyə toxunub. Bildirib ki, məhz Serj Sarkisyan onun komandası Azərbaycana müharibəyə daha yaxşı hazırlaşmaq imkanı verib.

Bu da onu sübut edir ki, baş nazir istintaqı özündən əvvəlki siyasi hakimiyyətlərə qarşı yönəltməyə çalışır. Bununla ona qarşı olan qüvvələri müəyyən qədər neytrallaşdırmağı hədəfləyir.

Jalə QASIMZADƏ,

"Respublika".