Neftçala və Salyanda görülən işlər məşğulluğa mühüm töhfə olacaq
Digər xəbərlər

Neftçala və Salyanda görülən işlər məşğulluğa mühüm töhfə olacaq

Bu gün Şərqi Zəngəzur Qarabağla paralel ölkəmizin digər regionlarında da əhəmiyyətli işlər görülür, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi, iri sosial infrastruktur layihələrinin icrası təmin edilir, həmçinin yeni müəssisələr yerləri yaradılır. İnfrastruktur obyektlərinin açılışında, təməlqoyma mərasimlərində dövlətimizin başçısı cənab İlham Əliyev birinci xanım Mehriban Əliyeva şəxsən iştirak edir, istehsal müəssisələri ilə tanış olur, müvafiq göstərişlər verirlər. Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyevanın Neftçala Salyan rayonlarına son səfərləri bu baxımdan məhsuldar oldu, müəssisə obyektlərin, infrastruktur layihəsinin açılışını etdilər, yaradılmış şəraitlə tanış oldular. Görülən bütün işlər bilavasitə sakinlərin məşğulluğunun artmasına, rifahının yüksəlməsinə, sosial vəziyyətin yaxşılaşmasına, bir sözlə, həmin rayonların hərtərəfli inkişafına səbəb olacaq.

Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsi zamanı bir sıra vacib məqamlardan söz açıb. Şərqi Zəngəzurun Qarabağın bərpası dövlətimizin əsas diqqətində olan məsələlərdəndir. Hazırda həmin ərazilərdə sistemli ardıcıl şəkildə abadlıq-quruculuq işləri həyata keçirilir. Əsas hədəf sakinlərin tez bir zamanda ata-baba yurduna qayıtması, orada məskunlaşması xoşbəxt yaşamasıdır. Bunun üçün dövlətimiz bütün zəruri addımları atır. Həm qürurla deyə bilərik ki, sakinlər Ağalı Talış kəndlərinə qayıdıblar orada yaradılan şərait göz qabağındadır. İnanırıq ki, işğaldan azad olunan bütün ərazilərimiz dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə bu cür bərpa ediləcək sakinlər  doğma yurdlarına yerləşdiriləcəklər

Müsahibəsində Prezidentimiz hərbi xərclər məsələsinə toxundu. Bildiyimiz ki, böyük qələbəyə imza atan Azərbaycan Ordusu günü-gündən güclənir. Ölkəmizdə dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Ordumuz öz zavodlarımızda istehsal olunan hərbi təyinatlı məhsullarla əhəmiyyətli dərəcədə təchiz edilir. Həmçinin, bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilir, silah hərbi texnikalar alınır. Bu, bir daha onu göstərir ki, Ordumuzun qüdrəti durmadan artır. Təbii ki, Azərbaycanın yerləşdiyi coğrafiya xeyli mürəkkəbdir regionda maraqlar toqquşur. Bu səbəbdən, Azərbaycan Ordusunun daha da güclü olması əsas şərtdir.

Ermənistanla sülh danışıqları məsələsində dövlətimizin başçısı aydın şəkildə bəyan etdi ki, "Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır". Məncə Prezidentimizin bu təklifi Ermənistan üçün ən doğru seçim olardı. Onların mənasız boş xəyallarının gerçəkləşməsi qeyri-mümkündür. Heç bir şansları qalmayıb, ədalət Azərbaycanın tərəfində, hərbi güc həmçinin. Odur ki, yeganə çıxış yolu Azərbaycanın müəyyən etdiyi şərtlərlə sülhə gəlməkdir. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərək separatizmdən xilas olmalıdırlar. Anlamalıdırlar ki, Azərbaycan ərazisində yaşayırlar başlarının üzərində Azərbaycan bayrağı olmalıdır. Əks təqdirdə, Prezidentimizin ifadə etdiyi kimi, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.