Mühacirlərin yaşayacağı qayıq fəaliyyətə başlayıb
Dünya xəbərləri

Mühacirlərin yaşayacağı qayıq fəaliyyətə başlayıb

İngiltərə Daxili İşlər Nazirliyi mühacirlərin yaşayacağı barjaya ilk sığınacaq axtaranların aparıldığını açıqlayıb.

“Respublika” “CNN”ə istinadən xəbər verir ki, bir neçə sığınacaq axtaran şəxsin Bibby Stokholm barjında ​​məskunlaşdığı və yaxın aylarda daha 500-dən çox insanın yerləşəcəyi təsdiqlənib.

Böyük Britaniya Daxili İşlər Nazirliyinin sözçüsü deyib: “İstifadəsiz hərbi obyektlərin və gəmilərin istismara verilməsi kiçik qayıqlarla gələnlərin yerləşdirilməsi üçün daha ucuz, rahat və idarə olunması asan yaşayış məntəqələrini təmin edəcək. Bibby Stokholm hazırda ilk sığınacaq axtaranların yaxın həftələrdə köçürülməsindən əvvəl bütün müvafiq qaydalara uyğunluğunu təmin etmək üçün son hazırlıq işləri görür”.

Töhfə SƏMƏDOVA,

"Respublika".