Putin Özbəkistanın yeni prezidentini təbrik edib
Dünya xəbərləri

Putin Özbəkistanın yeni prezidentini təbrik edib

Rusiya Prezidenti Vladimir Putin ilə Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev arasında telefon danışığı olub. 

"Respublika" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin iyulun 9-da Özbəkistanda keçirilmiş növbədənkənar prezident seçkilərində qələbə qazandığına görə Şavkat Mirziyoyevi təbrik edib. 

Telefon danışığı zamanı liderlər Rusiya-Özbəkistan dostluq münasibətlərinin müttəfiqlik və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsi barədə razılaşıblar.