Müdafiə Nazirliyi: Ermənistana məxsus kvadrokopter zərərsizləşdirilib
Gündəm

Müdafiə Nazirliyi: Ermənistana məxsus kvadrokopter zərərsizləşdirilib

Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.

Bu barədə "Respublika"ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.