Seçki mütəşəkkil qaydada davam edir
Gündəm

Seçki mütəşəkkil qaydada davam edir

Ağcabədi
Növbədənkənar prezident seçkiləri 86 saylı Ağcabədi seçki dairəsində də mütəşəkkil qaydada davam edir. Dairə seçki komissiyasının sədri Famil İsmayılov bildirir ki, ilk saatdan seçicilərin fəallığı müşahidə edilir. Dairənin əhatə etdiyi seçki məntəqələrində səvermə ruh yüksəkliyi ilə keçirilir. 42 saylı seçki məntəqəsində səs verən Rəmziyə Həsənova bildirdi ki, ölkəmizin gələcəyi üçün ən layiqli namizədə səs verdim. İdris Məmmədov 4 saylı seçki məntəqəsinə ilk gələnlərdən biridir. O, seçki bülletenini qutuya salandan sonra da bildirdi ki, xalqımızın lideri, cənab İlham Əliyevə səs verdim, çünki Azərbaycanın gələcəyi onunla bağlıdır. 11 saylı seçki məntəqəsində səs verən Məhsəti Ağayeva bildirdi ki, bu gün ölkəmizdə çox gözəl əhval-ruhiyyə var. Əlbəttə, bu belə olmalı idi. Müstəqilliyimizi qazandıqdan sonra ilk dəfədir ki, seçkilər ölkəmizin bütün ərazilərini əhatə edir. Biz bu seçkilərdə qalib ölkənin qalib vətəndaşları kimi iştirak edirik. Bizim üçün bundan gözəl nə ola bilər ki?! Ən layiqli namizədə - cənab İlham Əliyevə səs verdiyim üçün çox qürurluyam.

Salman ALIOĞLU,

“Respublika”.