Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində
Digər xəbərlər

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan" pavilyonunda "Heydər Əliyev - 100. Lider. Dövr. İncəsənət" adlı sərgi açılıb

Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) "Azərbaycan" pavilyonunda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Heydər Əliyev - 100. Lider. Dövr. İncəsənət" adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə təşkil olunan sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunub saxlanılan XX əsr-XXI əsrin əvvəllərinə aid Azərbaycan təsviri sənət ustalarının unikal əsərləri təqdim olunur.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərgini açaraq Rusiyanın bir çox region şəhərlərində görkəmli dövlət siyasət xadimi, Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafında yeni səhifə açan Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirlərin keçirildiyini vurğulayaraq deyib: "Vladimir yaxınlığında kitabxanadan tutmuş, Moskvada Rusiyanın bir çox regionlarında böyük tədbirlərədək Heydər Əliyevin verdiyi nəhəng töhfəni xatırlayırlar". Səfir xatırladıb ki, TASS informasiya agentliyində, Dövlət Dumasında Federasiya Şurasında Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş sərgilər açılıb bu sərgilər yüksək səviyyəli qonaqların iştirakı ilə keçib.

Mərasimdə Ulu Öndər haqqında xatirələrini bölüşən səfir bildirib: "Heydər Əliyevi sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdən tanıyırdım. Mən bəstəkar, müğənni idim, onun gənclərə, yaradıcı insanlara qayğısını həmişə hiss edirdim. Onun köməyi, diqqəti sayəsində biz Sovet İttifaqında tanınmış insanlara çevrildik. Heydər Əliyev 1993- ildə ölkəsini qaçılmaz süqutdan xilas etmək üçün hakimiyyətə qayıtdıqda mən mədəniyyət naziri vəzifəsində çalışırdım Ulu Öndər məni öz komandasında saxladı. Mən Heydər Əliyevin rəhbərliyi dövründə on il mədəniyyət naziri oldum. Bu, həm insan, həm həyat, həm düzgün işləmək, məqsədyönlülük məktəbi idi. Bu, dünyanın heç bir yerində verilməyən diplomdur".

Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Ümummilli Lider Heydər Əliyev ilə 2001-ci ildəki görüşü barədə xatirələrini bölüşüb: "Heydər Əliyev uşaqlıqda rəssam olmağı arzulayırdı. O, Bakıya Naxçıvandan gəlmişdi. Məlum oldu ki, Bakıda ali rəssamlıq məktəbi yoxdur, yalnız Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsi var. O, özünün rəssam olmaq arzusunu bütün həyatı boyu daşıdı. Çünki o, sözün əsl mənasında rəssam memar oldu. O, öz ölkəsinin rəssamı, ölkəsinin yeni siyasətinin rəssamı oldu, bu gün Prezident İlham Əliyevin əminliklə irəli apardığı həmin müasir Azərbaycanın memarı oldu".

"Azərbaycan" pavilyonunun direktoru Səadət Qədirova çıxışında qeyd edib ki, sərgi öz adını təkcə Azərbaycanın deyil, həm bütün postsovet məkanının tarixinə qızıl hərflərlə yazan Heydər Əliyevə həsr olunub. Görkəmli dövlət xadimi Heydər Əliyevin adını Azərbaycanın hüdudlarından kənarda da tanıyırlar: "İncəsənət mədəniyyət xadimlərinə böyük qayğı ilə yanaşan Heydər Əliyevə həsr olunan sərgini təşkil etmək bizim üçün böyük şərəfdir. Burada fotosərgi Azərbaycan Milli İncəsənət Muzeyindən gətirilən orijinal əsərlər təqdim olunur. Ekspozisiyada Heydər Əliyevin sevimli əsərləri sərgilənir. Sərgi bir ay davam edəcək bu müddət ərzində moskvalıların böyük hissəsi Azərbaycan rəssamlarının möhtəşəm əsərləri ilə tanış ola bilərlər".

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev çıxışında vurğulayıb ki, ekspozisiyada Azərbaycan təsviri sənət korifeylərinin - Bəhruz Kəngərli, Ələkbər Rzaquliyev, Tahir Salahovun əsərləri nümayiş etdirilir. Azərbaycanın Xalq rəssamı Oqtay Sadıqzadə tərəfindən çəkilən Zərifə xanımın portreti xüsusi maraqla qarşılanır.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Heydər Əliyevin həyatının bir sıra maraqlı məqamlarından söz açaraq deyib: "Bizə qardaş, ürəyimizə yaxın olan xalq üçün böyük xoşbəxtlikdir ki, onun oğlu taleyüklü məqamlarda ölkəyə rəhbərlik edib. Moskvada müxtəlif vəzifələrdə çalışarkən o, xüsusilə operativ məsələlər üzrə komissiyaya rəhbərlik edirdi. Operativ məsələlər üzrə komissiya texnogen qəzalarla bağlı problemlərin həlli, boru kəmərlərinin tikintisinə nəzarət edirdi. Buna görə hazırda Rusiya büdcəsinin əldə etdiyi gəlirlər bir çox hallarda Heydər Əlirza oğlu Əliyevin rəhbərlik etdiyi operativ məsələlər üzrə komissiyanın fəaliyyətinin bəhrəsidir".

Politoloq vurğulayıb ki, Heydər Əliyev suveren Azərbaycanın rəhbərliyinə qayıtmaqla ölkəni xilas etdi. "Heydər Əliyevin siyasi dövlət irsinin dərindən araşdırılmasına ehtiyac var. Heç bütün postsovet respublikaları rəhbər baxımından Azərbaycan qədər şanslı deyil. Bu nəhəng pozitiv təcrübə ətraflı tədqiqə layiqdir", - deyə S.Markov əlavə edib.