Torpaqlardan   öz  təyinatına  uyğun  istifadə  edilməlidir
Region

Torpaqlardan   öz  təyinatına  uyğun  istifadə  edilməlidir

Ötən əsrin 90-cı illərinin    ortalarında ümummilli lider  Heydər  Əliyevin  təşəbbüsü  ilə  və rəhbərliyi altında MDB   məkanında ilk dəfə olaraq  Azərbaycanda torpaq   islahatları  uğurla  həyata  keçirildi. Bu, çox   mütərəqqi hadisə idi, çünki  torpaq ilk  dəfə idi ki, kəndliyə  - öz   sahibinə  verilirdi.

Torpaq islahatı ölkədə məhsul bolluğu yaratdı. Amma təəssüf ki, heç də bütün insanlar bunun   tarixi əhəmiyyətini lazımınca  dərk etmirlər. Hələ də pay torpaqlarında ev, ferma tikənlər, balıq hovuzu yaradanlar var. Halbuki pay torpaqları kəndliyə əkin üçün verilib, bu torpaqların təyinatı məhsul bolluğu yaratmaqdır.

Təbi pay torpaqlarından öz təyinatına uyğun istifadə məsələsi   müvafiq dövlət qurumlarının    diqqət mərkəzindədir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkə ərazisində torpaqlardan qanunvericiliyə zidd istifadə halları ilə bağlı monitorinqlər və torpaq reydləri keçirilir. Dövlət  Xidməti bildirir ki, monitorinqlərin məqsədi torpaqların təyinatından kənar istifadə edilməsi, özbaşına zəbt olunması və qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir.

Cari ilin yanvar-iyun ayları ərzində müfəttişləri tərəfindən torpaq qanunvericiliyi tələblərinin pozulması ilə bağlı ölkə ərazisində monitorinqlər keçirilib, 10328 hal üzrə qanun pozuntuları aşkar edilib və bu barədə aidiyyəti orqanlara məktub ünvanlanıb. Aşkar edilən qanun pozuntuları ilə bağlı 1221 inzibati protokol tərtib edilib. Bu ilin ilk 6 ayı ərzində aparılan monitorinqlərin nəticəsinə görə, ən çox torpaq qanunvericiliyinin tələblərinin pozulması halları Bakı şəhərində, Abşeron, Şəmkir, Bərdə, Beyləqan rayonlarında olub.

Torpaqlar üzərində   monitorinqlər davam  edir.

Nəriman   CAVADOV,

“Respublika”.