Laçında yol qəzasında həlak olmuş hərbçilərə şəhid statusu veriləcək
Digər xəbərlər

Laçında yol qəzasında həlak olmuş hərbçilərə şəhid statusu veriləcək

Laçın rayonunda hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olmuş hərbçilərə şəhid statusu veriləcək.

"Respublika" xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.

O deyib ki, bu gün Laçında həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında veriləcək.

Allah şəhidlərimizə rəhmət eləsin!