MN: Ordumuzun bölmələri yalnız qarşı tərəfin təxribatlarının qarşısını almaq və onları susdurmaq məqsədilə atəş açır
Digər xəbərlər

MN: Ordumuzun bölmələri yalnız qarşı tərəfin təxribatlarının qarşısını almaq və onları susdurmaq məqsədilə atəş açır

Etimadını itirmiş Ermənistan müdafiə nazirliyi öz çirkin əməllərindən əl çəkmir və yalan məlumatlar yaymaq məqsədilə müxtəlif üsullara əl atır.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

“Ermənistan mətbuatı təxribatları ört-basdır etmək üçün yerli əhalinin adından istifadə edərək, guya dövlət sərhədi yaxınlığında törədilən partlayış nəticəsində yanğının baş verməsi və bundan sonra Arazdəyən istiqamətində atəş açılması barədə məlumatlar yayır. Bu tip məlumatların heç bir əsası yoxdur və dezinformasiyadır. Azərbaycan Ordusunun bölmələri tərəfindən yalnız qarşı tərəfin təxribatlarının qarşısını almaq və onları susdurmaq məqsədilə atəş açılır”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

AZƏRTAC