Laçın dəhlizi üzərində yurisdiksiyanın  bərpası
Digər xəbərlər

Laçın dəhlizi üzərində yurisdiksiyanın  bərpası

Uzun illər ərzində hayların qurduğu ən vacib planlardan biri qədim yurd yerimiz Laçının işğal edilməsi idi. Çünki Laçının ələ keçirilməsi Ermənistanın Qarabağa yolunun tamamilə açılması deməkdir. 1924- ildə DQMV yaradıldıqdan sonra Laçının rayon statusu alması o vaxtkı Azərbaycan hakimiyyətinin, bəlkə Ermənistanın bu niyyətinə qarşı ən güclü maneə idi. 1920-ci illərdəki Sovet xəritələrindən istifadə edərək Ermənistan Laçına olan iddialarını əsaslandırmaq üçün Sovet hakimiyyətinin ilk illərində bu ərazinin DQMV- daxil olduğunu, DQMV-nin Laçın vasitəsilə Ermənistanla birbaşa əlaqəsini bildirirlər. Ancaq Sovet xəritələrini, eyni zamanda regionun inzibati quruluşunu araşdırarkən bütün bunların reallığa uyğun olmadığını görürük.

Qarabağda bir sıra şəhər kəndləri ələ keçirdikdən sonra Ermənistan silahlı dəstələri öz məkrli planlarını - Ermənistanla birbaşa əlaqələr üçün Şuşa-Laçın-Zabux yolunu açmağa başladılar. 1988-ci ildən etibarən ermənilərin Laçınla bağlı gizli niyyəti üzə çıxdı. O vaxt artıq ermənilər Laçında bir neçə mülki şəxsi qətlə yetirmişdilər. Məhz buna görə Laçın Rayon Polis Şöbəsinin nəzdində ilk xüsusi təyinatlı milis rotası yaradıldı. Həmin rota Laçın rayonunun Ermənistanla sərhəd kəndlərində azərbaycanlıları ermənilərin hücumlarından qorumağa cavabdeh idi. 1990-1991-ci illərdə xüsusi təyinatlı milis dəstəsi, Şuşa milis şöbəsi daxili qoşunların iştirakı ilə keçirilən əməliyyat nəticəsində həmin kəndlərdə yaşayan erməni separatçıları tutuldu, münaqişə ocağına çevrilən kəndlər boşaldıldı. Lakin çox keçmədi ki, 1992-ci il mayın 14- erməni qoşunları səhər saatlarında Zarıslı istiqamətində hücuma keçdilər. Mayın 14-dən 15- keçən gecə AXC batalyonunun döyüşçüləri cəbhə bölgəsindən geri çəkildilər. Beləliklə, o gecə ordunun bir hissəsinin ön xətdən icazəsiz geri çəkilməsi prosesi başladı. Nəticədə, Xalq Cəbhəsi rəhbərliyi əsgərləri ərazidən uzaqlaşdıraraq Laçının işğal altına düşməsinə şərait yaratmış oldu.

Laçının işğalından sonra beynəlxalq arenada məsələnin həlli istiqamətində bir sıra addımlar atıldı. 1997-ci ilin iyul ayında ATƏT-in keçmiş Minsk qrupu "Qarabağ münaqişəsinin nizamlanması üzrə hərtərəfli saziş" paketi hazırladı. Bu sazişin 8-ci bəndi Laçın dəhlizi ilə əlaqəli idi.

44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Qarabağın cənub-qərb yamacında yerləşən minlərlə insanın yaşadığı Laçın təxminən 30 il sonra işğaldan azad edildi. Prezident İlham Əliyevin siyasi iradəsi, dövlətimizin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atıldı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsinin Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatı oldu. Azərbaycan-Rusiya-Ermənistan liderləri arasında imzalanan atəşkəs ilə hərbi əməliyyatlar yekunlaşdı. Bəyanatın 6- maddəsi dəhlizin Rusiya sülhməramlılarının nəzarətində olmasını təsdiq edir. Həmin maddədə tərəflərin razılığı ilə yaxın üç il ərzində Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyunca yeni nəqliyyat marşrutunun tikintisi Rusiya sülhməramlı kontingentinin bu marşrutun mühafizəsini təşkil etməsi haqqında ifadə öz əksini tapmışdır.

Bütün bunlar, Laçın dəhlizinin yurisdiksiyasını təmin edən müddəaları ehtiva edir Laçın dəhlizinin defakto erməni nəzarətindən çıxması təsdiq edilir. Bundan əlavə, dəhlizin eni ermənilərin əvvəl iddia etdiyi kimi 60 km yox, 5 km nəzərdə tutulmuşdur. Bu uğurlu addım birbaşa ölkə başçımızın səyi nəticəsində reallaşmışdır. 1 dekabr 2020-ci ildə Prezident İlham Əliyev xalqa müraciətində demişdir: "Onu da bildirməliyəm ki, Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir".

Avropa Parlamenti Məhkəməsində, ötən il dekabrın 20- BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı durumla bağlı müzakirələr keçirildi. Əfsuslar olsun ki, istər BMT-nin, istərsə Avropa İnsan Hüquqları Məhkəməsinin Laçın-Xankəndi yolundakı duruma reaksiyası növbəti Qərb riyakarlığını göstərdi. Belə ki, Qərb Rusiyanın Cənubi Qafqazdakı mövqeyini sarsıtmaq üçün onun Azərbaycanla Ermənistan arasındakı münaqişəni tənzimləmə missiyasını heçə endirir. Avropa İnsan Hüquqları Məhkəməsi məhkəmə reqlamentinin 39-cu müddəasına əsaslanaraq "Məhkəmə icraatı qaydası" adlı ikinci bölümün "Ümumi müddəalar" adlı birinci fəslindəki "ilkin təminat tədbirləri" kimi formal xarakter daşıyan müddəalar əsasında iddialar yürüdür. Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edən tərəfdirsə, o, heç bir halda Azərbaycanın suveren ərazisi sayılan Laçın yolunun bağlı olmasını sorğulaya bilməz. Deməli, məhkəmə instansiyasının da məsələyə münasibət bildirmək hüququ yoxdur. Heç şübhəsiz, bu kimi addımlar Azərbaycanın beynəlxalq məkandakı nüfuzuna təsir etmək məqsədi daşıyır.

 Nurlan ABDALOV,

 "Respublika".