Kubaya işgüzar səfəri
Siyasət

Kubaya işgüzar səfəri

15-16 iyun 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Kuba Respublikasının Havana şəhərinə səfəri baş tutub.

17 iyun XİN-dən verilən məlumatda bildirilir ki, səfər zamanı F.Rzayev Kuba Respublikasının xarici işlər naziri Bruno Rodriqez Parriya, xarici işlər nazirinin müavini Anayansi Rodriqez Kamexo və xarici ticarət və sərmayə nazirinin birinci müavini Ana Terezita Qonzalez Fraqa ilə görüşlər keçirib. Görüşlərdə çoxtərəfli platformalarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı və Qrup-77 çərçivəsində əməkdaşlıq məsələləri, o cümlədən beynəlxalq inkişafa yardım sahəsində iki ölkə arasında mümkün tərəfdaşlıq imkanları müzakirə edilib.

Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan və Qrup 77-nin hazırkı sədri qismində Kuba arasında hər iki beynəlxalq təsisatın üzvlərinin maraqlarının qorunmasına xidmət edəcək əlaqələndirilmiş fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Səfər çərçivəsində iyunun 16-da Karib dənizi hövzəsinin ada dövlətlərinin Kubada akkreditə olunan səfirləri üçün Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və beynəlxalq inkişafa yardım siyasəti barədə təqdimat tədbiri baş tutub.

“Respublika”.