“Kənddən Şəhərə” yarmarkası
İQTİSADİYYAT

“Kənddən Şəhərə” yarmarkası

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 24-25 iyun tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu  yarmarkası  keçiriləcək.

Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış  kanalı yaratmaq, eyni zamanda  şəhər  sakinlərini təbii, mövsümi və sağlam  kənd  məhsulları ilə  təmin  etməkdir. Yarmarkada müxtəlif   regionlardan gələn  fermerlər  öz  məhsullarını   paytaxt  sakinlərinə   təqdim   edəcəklər.

Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət  edəcək. Yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar   laboratoriyanın   xidmətlərindən     faydalana    biləcəklər.

Yarmarkada iştirak edəcək fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin  olunacaqlar. Həmçinin məhsulların daşınmasında çətinlik çəkən  fermerlərə loqistik  dəstək göstərilərək məhsulları təsərrüfatlarından  birbaşa    yarmarka  keçirilən   ünvanlara  daşınacaq.

Nəriman  CAVADOV,

“Respublika”