Türk dünyası

"KEMANKEŞ" raketi testdən keçirilib

Türkiyə

Baykar şirkəti tərəfindən hazırlanmış yüksək texnologiyalı pilotsuz sistemlərin sınaqları uğurla davam edir. Növbəti bir sınaq Edirnənin Keşan rayonundakı Baykar Uçuş Tədris və Sınaq Mərkəzində həyata keçirilən "Kemankeş" 2 Mini Ağıllı Kruiz Raketinin sınaq prosesi olub.

Baykar tərəfindən strateji hədəflərə qarşı istifadə üçün dizayn edilmiş milli və bənzərsiz olaraq hazırlanmış mini-ağıllı qanadlı raket olan "Kemankeş" TEKNOFEST 27 çərçivəsində ilk dəfə 2023-cü il İstanbulda Atatürk Hava Limanında ictimaiyyətə təqdim edilib. 14 iyun 2023-cü ildə Bayraktar TB2 PUA-dan atəş açaraq ilk atış sınağını uğurla tamamlayıb.

Adını türk imperatorluq oxçuluğu ənənəsindən alan "Kemankeş"in ən fərqli xüsusiyyəti beynəlxalq hərbi elm ədəbiyyatında ifadə olunduğu kimi, dizayn fəlsəfəsidir. Onun adı tarixdə atdığı oxla ən çətin şəraitdə belə hədəfi tam dəqiqliklə vuran oxatanlardan götürülüb.

"Kemankeş" ağıllı uzaqmənzilli sursat, həmçinin kəşfiyyat, müşahidə və nəzarət kimi xüsusiyyətlərə malik silah sistemidir. "Gəzən sursat"ın (mini qanadlı raket) hədəfi vurarkən istifadə etdiyi müdafiə texnologiyalarını gələcəyə doğru aparır. Çünki "Kemankeş" qabaqcıl konvolyusiyalı süni zəka alqoritmləri ilə hədəflərini işləyir və tam dəqiqliklə öyrənir.

 "Kemankeş" özünü daşıyan platformanın da portativ hava hücumundan müdafiə sistemlərindən (MANPADS), habelə Rusiya istehsalı "Pantsir" və TOR-M2 kimi PUA-lara qarşı təsirli olduğu hesab edilən bir çox hava hücumundan müdafiə sisteminin təsir mənzillərindən kənarda təhlükəsiz bir atış sahəsinə keçməsinə şərait yaradır.

"Kemankeş" də "Kızılelma" kimi müdafiə texnologiyalarının DNT-si və zaman maşını olma xüsusiyyətinə malikdir.

"Kemankeş" Baykarın milli və orijinal olaraq inkişaf etdirdiyi Bayraktar AKINCI TİHA, Bayraktar TB2 SİHA və Bayraktar TB3 SİHA-ya inteqrasiya edərək fəaliyyət göstərir. Mini smart kruiz raketi reaktiv mühərriki sayəsində təxminən 1 saat havada sürətlə hərəkət edə biləcək və düşmən xəttinin arxasındakı ən riskli hədəflərə qarşı effektivlik göstərə biləcək. Baykar "Kemankeş" 200 kilometr xidmət və 50 kilometr rabitə məsafəsinə malikdir. Bundan əlavə, süni intellektlə dəstəklənən avtopilot sistemi ilə avtonom uçuş həyata keçirərək strateji hədəfləri yüksək dəqiqliklə zərərsizləşdirəcək və döyüş meydanında tarazlığı dəyişərək çətin hava şəraitində belə onu tam dəqiqliklə məhv etmək qabiliyyətinə sahib olacaq. Gecə və gündüz şəraitində istifadə oluna bilən "Kemankeş" 2 Mini Ağıllı Kruiz Raketi tıxaclara qarşı texnologiyası sayəsində elektron tıxaclardan təsirlənmədən işləyə biləcək. Raket əldə etdiyi bütün məlumat və şəkilləri yer idarəetmə stansiyasına ötürərək istifadəçiyə məlumatların izlənməsində dəstək verəcək.

Onu da qeyd edək ki, Türkiyə müdafiə sənayesi inkişaf etmiş sursat ekosisteminə malikdir. ROKETSAN və TÜBİTAK-SAGE həlləri illər ərzində döyüş meydanlarında özünü sübut edib. Baykar tərəfindən istehsal olunan PUA-lar da bu həllərlə təchiz edilib. Baykar həm də dünyanın ən böyük İHA ixracatçısıdır. Şirkətin imzaladığı müqavilələrin 97.5 faizi ixraca əsaslanır. Bütün layihələrini öz imkanları hesabına həyata keçirən Baykar gəlirinin 83 faizini ixracdan əldə edib. Bu sahədəki uğurları ilə hətta qlobal texnologiya şirkətlərini də geridə qoyub.

Baykar bu günə qədər hökumətdən heç bir nağd qrant dəstəyi almayıb. Bütün layihələrini 100 faiz öz resursları ilə maliyyələşdirir. Şirkət vergilər və ianələr hesabına Türkiyəyə birbaşa olaraq ümumilikdə 12.2 milyard lirə yardım edib. Bundan əlavə, 2023-cü ildə Türkiyəyə 800 milyon TL gəlir vergisi ödəyib.

Baykar bütün investisiyalarını öz resurslarından qarşılayır. Şirkətdə minlərlə işçi çalışır və gənc mühəndislərə üstünlük verilir. O, Türkiyənin müdafiə sənayesində əhəmiyyətli bir oyunçu olaraq fəaliyyətini davam etdirir. Digər tərəfdən, "Kemankeş"in ala biləcəyi müdafiə texnologiyalarının istiqaməti də "Baykar"ın bir sursat istehsalçısı olaraq necə bir yol xəritəsi təyin etdiyinə dair ipucu verir.

Esmira YAZKANASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.