Janie Coffey: “Laçında olanda atəşkəsin pozulmasını müşahidə etdik
MÜSAHİBƏLƏR

Janie Coffey: “Laçında olanda atəşkəsin pozulmasını müşahidə etdik"

Gözəl Şuşa tarixi ilə zəngin şəhərdir. Burada illərdir yurdundan uzaq düşən insanların taleyi haqqında öyrənmək çox üzücüdür.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında azad olunan torpaqlara səfər edən xarici səyyahlar qrupunun üzvü Janie Coffey deyib.

Janie Coffey bildirib ki, üçgünlük səyahət zamanı bu yerlər haqqında daha çox məlumat əldə edib.

"Dünən Laçına getdik, təəssüf ki, orada atəşkəsin pozulmasını müşahidə etdik", -deyə səyyah bildirib.

O qeyd edib ki, Laçın şəhərinin valehedici təbiəti var orada aparılan sürətli yenidənqurma işləri onda xoş təəssürat yaradıb.