Jan Van Den Dool: Əminik ki, Azərbaycanda dünya çempionatı yüksək şəkildə keçiriləcək
İdman

Jan Van Den Dool: Əminik ki, Azərbaycanda dünya çempionatı yüksək şəkildə keçiriləcək

“Azərbaycanda hərbiçilər arasında keçiriləcək güləş üzrə 36-cı dünya çempionatının hazırlığı yüksək şəkildə həyata keçirilir”.

"Respublika" xəbər verir ki, bu sözləri Dünya Hərbi İdman Şurasının İdman direktoru Jan Van Den Dool hərbiçilər arasında güləş üzrə 36-cı dünya çempionatı ilə bağlı keçirilən mətbuat konfrasında deyib.

Bildirib ki, Azərbaycanda bir çox beynəlxalq tədbirlər təşkil olunub: “Azərbaycan idmana və idmançılara yüksək şəkildə diqqət və qayğı göstərir. Biz əminik ki, bu dünya çempionatı da yüksək şəkildə keçiriləcək. Bununla bağlı öz rəhbərliyimizə də məlumat vermişik”.