“Yarışla yarış” sosial media müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub
İdman

“Yarışla yarış” sosial media müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub

Sentyabrın 4-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən “Yarışla yarış” sosial media müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

"Respublika" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. 

Mükafatları nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, İdman şöbəsi müdirinin müavini Nicat Həsənov və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova təqdim ediblər.

Xatırladaq ki, müsabiqədə birinci yerə İbrahim Mahiroğlu (362 bal), ikinci Baqir Əhmədov (94 bal), üçüncü yerə isə Cavad Salmanlı (33 bal) layiq görülüblər. Yarış şərtlərinə görə iştirakçılar Bakı Atıcılıq Mərkəzində 1 sentyabra qədər davam edən atıcılıq üzrə 53-cü dünya çempionatını izləmək üçün yarış meydanına gedib selfi çəkərək “Facebook” və “İnstagram” hesablarında paylaşım ediblər.