İtaliyanın Baş naziri: BMT-nin miqrantlarla bağlı məsələdə daha çox iştirakı vacibdir
Dünya xəbərləri

İtaliyanın Baş naziri: BMT-nin miqrantlarla bağlı məsələdə daha çox iştirakı vacibdir

Miqrasiyanın idarə olunması hamını əhatə edən və BMT-nin başqa səmtə baxa bilməyəcəyi bir mövzudur.

"Respublika" xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni BMT Baş Assambleyasındakı çıxışı zamanı deyib.

Baş nazir BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı ədalətli və effektiv islahatlar həyata keçirməsinin vacibliyini qeyd edib. “Biz immiqrasiya mövzusunda riyakarlıqları rədd etməliyik. Bu, insan alverçilərini zaman-zaman hədsiz dərəcədə zənginləşdirib”, - deyə Ciorcia Meloni bildirib.

O , həmçinin vurğulayıb ki, qeyri-qanuni miqrantların “yeni köləliyinin” qarşısını almaq üçün birgə addımlar atmaq zəruridir. BMT-nin miqrantlarla bağlı məsələdə daha çox iştirakı vacibdir.

Qeyd edək ki, Ciorcia Meloni Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Volodimir Zelenski, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş və Kanadanın Baş naziri Castin Trüdo ilə görüşlər keçirib.