İsveç payızda NATO-ya üzv olması mümkün ola bilər
Dünya xəbərləri

İsveç payızda NATO-ya üzv olması mümkün ola bilər

NATO-nun Baş katibi Yens Stoltenberq İsveçin 2023-cü ilin payızında rəsmən Alyansa qoşulacağını hesab edir.

"Respublika" xəbər verir ki, bu barədə Stolenberq SVT telekanalına müsahibəsində bildirib.

İsveçin payızda Alyansa qoşulub-qoşulmayacağı ilə bağlı suala o, belə cavab verib: “Mən həmişə konkret tarixlərə çox diqqətli yanaşıram, amma optimistəm”.
SVT qeyd edir ki, NATO-nun Vilnüsdə keçirilən sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birmənalı olaraq İsveçin Alyansa daxil olmaq ərizəsini təsdiqləməyə razılıq verib. Lakin Türkiyə parlamentinin yay tətili ilə əlaqədar iş səngiyib. Buna görə də İsveç oktyabrın 1-dək, türk parlamentarilərin işə qayıtdıqları vaxtadək gözləmək məcburiyyətindədir.

Nəzrin ELDARQIZI,

"Respublika".