Ekvadorda keçirilən ümumi seçkilər ikinci tura qalıb
Dünya xəbərləri

Ekvadorda keçirilən ümumi seçkilər ikinci tura qalıb

Ekvadorda keçirilən ümumi seçkilər kifayət qədər səs toplamadığına görə, ikinci tura qalıb. 

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, ötən gün Ekvadorda xalq prezident, vitse-prezident və 137 nəfər deputatın təyin olunacağı ümumi seçkilərdə səs vermək üçün sandıq başına gedib.

Səslərin əksəriyyəti hesablandıqdan sonra prezident seçkilərinin ikinci tura keçəcəyi dəqiqləşib. Bildirilib ki, seçici fəallığı 82,26 faiz təşkil edib. Səslərin 85,54 faizi hesablandıqdan sonra prezidentliyə namizədlər arasında 33,13 faiz səslə Vətəndaş İnqilab Hərəkatının (VHH) namizədi Luisa Qonzales birinci yeri tutub. İkinci yerdə 23,94 faiz səs toplayan sol mərkəzçi Yaşıl Etik İnqilabçı və Demokratik Hərəkatın (MOVER) namizədi Daniel Noboa qərarlaşıb. Digər namizədlər arasında Kristian Zurita 16,47 faiz, Yan Topic 14,63, Otto Sonnenholsner 7,12 və Yaku Peres 3,87 faiz səs toplayıb. 

Seçkilər zamanı təhlükəsizliyi təmin etmək üçün təxminən 90 min əsgər və polis təyin edilib. Bundan əlavə, seçki prosesində həyata keçirilən təhlükəsizlik əməliyyatları zamanı ölkə üzrə ümumilikdə 945 nəfər saxlanılıb.

Töhfə SƏMƏDOVA.

"Respublika".