Türkiyə: İyun ayında 65 terrorçu zərərsizləşdirilib
Dünya xəbərləri

Türkiyə: İyun ayında 65 terrorçu zərərsizləşdirilib

Türkiyənin təhlükəsizlik qüvvələri ötən ay terrorçulara qarşı 43-ü böyük və orta miqyasda olmaqla, 13 min 138 əməliyyat həyata keçirib. Əməliyyatlar zamanı 418 nəfər sazlanılıb, 112 nəfər həbs olunub, 65 terrorçu isə məhv edilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bu barədə özünün tviter hesabında yazıb.

Nazir, həmçinin iyun ayında həyata keçirilən əməliyyatlar nəticəsində 16 terror hücumunun qarşısının alındığını bildirib. Onun sözlərinə görə, 39-u iriçaplı olmaqla 51 silah, 70 qumbara, 24 mina, 313 kiloqram partlayıcı və 6 min 937 sursat ələ keçirilib.

 “Müqəddəs vətənimiz, şanlı bayrağımız naminə gecə və gündüz demədən terrora qarşı mübarizə aparan qəhrəman təhlükəsizlik qüvvələrini təbrik edirəm. Terror bitənə qədər mübarizəmiz davam edəcək”, - deyə Ali Yerlikaya qeyd edib.