İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Millimiz birinci olub

Almaniyanın Bremen şəhərində cüdo üzrə gənclər arasında beynəlxalq "Masters" turniri keçirilib. Turnirdə 21 ölkədən, o cümlədən Yaponiya, Braziliya, Almaniya, Fransa Niderlandı təmsil edən 700-ə yaxın idmançı iştirak edib. Azərbaycan yarışda cüdo üzrə gənclərdən ibarət milli komandanın 17 üzvü ilə təmsil olunub. Cüdoçularımız 2 qızıl, 1 gümüş 1 bürünc medal əldə ediblər. Turnirdə Nicat Şirinov (60 kq) Qadir Hüseynov (73 kq) qızıl, Aydın Rzayev (66 kq) gümüş, Əli Hacıyev (60 kq) isə bürünc medal qazanıblar. Məmmədrza Hacızadə (81 kq) yarışı beşinci, Əjdər Bağırov, Nicat Şıxəlizadə (90 kq), Atabala Niftəliyev, Tamerlan Cabbarov (100 kq) Məhəmməd Məhəmmədzadə (+100 kq) yeddinci yerdə başa vurublar. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi komanda hesabında birinci yeri tutub.

Açıq turnirin qalibləri müəyyənləşib

Abşeron Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kunq-fu döyüş növü üzrə açıq turnir keçirilib.  "Kung-fu" döyüş klubunun təşkilatçılığı ilə keçirilən yarışda 20 komanda olmaqla, ümumilikdə 200-dən çox idmançı iştirak edib. Yarışda "Kung-fu" klubunun yeniyetmə gənc yetirmələrindən Mehrac Axundzadə (24 kq), Məhəmməd Məmmədov (52 kq), İlham Paşayev (56 kq) Hüseyn Məmmədli (60 kq-dan yuxarı) bütün görüşlərini qələbə ilə başa vurublar. Yarışın qaliblərinə diplom, medal kubok təqdim olunub.

 

Tbilisidə 22 medal qazanılıb

Tbilisidə bədii gimnastika üzrə "Keti Cup" beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizi "Ocaq Sport" klubunun bədii gimnastları təmsil ediblər. Gimnastlarımız yarışdan 9 qızıl, 8 gümüş 5 bürünc medalla dönüblər. Turnirdə Maya Kozaçuk 2 qızıl (gürzlər, top), 1 gümüş (çoxnövçülük), Selin Yusifova 2 qızıl (çoxnövçülük, alətsiz), 1 gümüş (top), Sara Cəlilli 1 qızıl (çoxnövçülük), 1 gümüş (alətsiz), 1 bürünc (top), Nilufər Qasımova 1 qızıl (alətsiz) 1 gümüş (çoxnövçülük) medala sahib olublar. Suada İskakova 1 qızıl (gürzlər), 1 bürünc (alətsiz), Röya Alıkişiyeva 1 qızıl (halqa), 1 bürünc (gürzlər) Alsu Abdullayeva 1 qızıl (alətsiz) medalla Vətənə qayıdıblar. Beynəlxalq turnirdə Ahu Aslanova (alətsiz), Fərəh Həsənova (alətsiz), İnara Abıyeva (top) Beril Yalın (top) gümüş medala sahib olublar. Leyla Azaqova çoxnövçülükdə, Ayla Abbaszadə isə gürzlərlə yarışda üçüncü olublar.

 

Bədii gimnastlarımız dünya kuboku yarışlarında iştirak edəcəklər

Martın 31-dən aprelin 2-dək Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək. Yarışda Azərbaycan fərdi növdə təmsil olunacaq. Ölkəmizin idman şərəfini Zöhrə Ağamirova Alina Gözəlova qoruyacaqlar. Qeyd edək ki, Bakıda bədii gimnastika üzrə növbəti dünya kuboku yarışları aprelin 21-23- keçiriləcək. Yarışda 46 ölkədən idmançıların fərdi qrup hərəkətləri proqramında mübarizə aparacağı gözlənilir. Üç gün ərzində baş tutacaq yarışlarda gimnastlar ayrı-ayrı alətlər çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Nərgiz İSMAYILOVA,

"Respublika".