İşğaldan azad olunan ərazilərdə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb
Mədəniyyət

İşğaldan azad olunan ərazilərdə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb

Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.

"Respublika" xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən “Mədəni İrs” forumunda mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.

O qeyd edib ki, işğaldan azad edilən ərazilərdə aparılan təhlillər nəticəsində müəyyən olunub ki, həmin ərazilərdə çoxsaylı dövlət qeydiyyatına alınmayan tarixi, arxeoloji və memarlıq əhəmiyyətli daşınmaz mədəni irs obyektləri də mövcuddur.

“İşğal dövründə onlar məqsədli şəkildə dağıdılıb, vandalizmə məruz qalıb, 47 abidə yer üzündən tamamilə silinib. 2020-2022-ci illərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 433 tarix-mədəniyyət abidəsinə baxış keçirilib, eləcə də həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin - yeni aşkar olunmuş abidənin monitorinqi aparılıb”,- deyə nazir müavini bildirib.