İran-Ermənistan qardaşlığı
Digər xəbərlər

İran-Ermənistan qardaşlığı

Fərqli etiqada baxmayaraq, terror təşviq edən birlik

İran Ermənistanın ən ciddi dayağı, iqtisadi maliyyə baxımından güclü dəstəkçisi olub, indi belədir. Dünyada ən böyük  ədalətsizlik örnəklərindən biri müsəlmanlara qarşı fars-erməni ittifaqıdır. İranın terrorçu siması dünyaya da, İslam aləminə yaxşı məlumdur. İran üçün İslam dəyərlərinin heç bir əhəmiyyəti yoxdur. Bu terror dövləti İslam dinindən siyasi avantüra vasitəsi kimi istifadə edir. İslam dinini təhqir edən Ermənistanı özünə dost hesab edən İranın İslam dəyərlərindən, İslam həmrəyliyindən danışmağa haqqı yoxdur.

Qarabağ savaşında İranın Ermənistana dəstəyi, postmüharibə dövründə Ermənistanı bütün zəruri vasitələrlə təmin etməsi, ucuz qiymətə benzin, qaz s. verməsi faktdır bunu Ermənistanın da, İranın rəsmiləri   dəfələrlə təsdiq ediblər. Ermənistan tərəfi açıq şəkildə bəyan edir ki, 90- illərdə İran bu ölkə  üçün bir nəfəslik olub. Əvvəllər Tehran bu əməlləri gizli şəkildə Azərbaycanla müəyyən münasibətlər saxlayaraq edirdisə, indi bunu açıq-aşkar öz düşmən mövqeyini gizlətməyərək həyata keçirir. Tehranın 44 günlük İkinci Qarabağ müharibəsi dövründə İrəvana hər cür kömək etdiyini, ərazilərini Ermənistana silah tədarükü üçün açdığını yəqin ki, heç kim unutmayıb. İndi sərhədlərimizdə hərbi təlimlər keçirməklə, hava sərhədimizdə manevrlər etməklə, səfirliyimizə millət vəkilinə qarşı terror törətməklə, SEPAH generallarının dili ilə təhdidlər yağdırmaqla, eləcə rəsmi KİV-lər vasitəsilə Azərbaycana qarşı düşmənçiliklərini açıq şəkildə bəyan edirlər.

Molla rejimi qorxulu bir monstra çevrilir ki, bu da bölgədə sülh, sabitlik tərəqqiyə başlıca təhdidlərdən biridir. İran dünyada terroru dəstəkləyən onu həyata keçirən bir ölkə kimi tanınır. Buna ən bariz nümunə onun Yaxın Şərqdə həyata keçirdiyi terror aktlarıdır. İranın bu yaxınlarda Türkiyə ərazisində terror həyata keçirmək cəhdlərinin müəyyən edilməsi terrorçuların neytrallaşdırılması ilə bağlı baş verənlər bu ölkənin gerçək mahiyyətini ortaya qoyur. Eləcə bu ölkə Ermənistan istisna olmaqla, bütün qonşu ölkələrə qarşı düşmənçilik siyasəti yürüdür, ideoloji hərbi qarşıdurma şəraitində yaşayır. Orta Şərqdə, dünyada olan terror şəbəkələri İran-Ermənistan terror şəbəkəsi ilə birgə fəaliyyət göstərir. Livanda, Fransada, Koliforniyada olan terrorçular Ermənistanı özlərinə mərkəz seçiblər İranın terror qrupları ilə intensiv əməkdaşlıq həyata keçirirlər.

Dünya terroru dəstəkləyən Ermənistan-İran "qardaşlığını" görmür, göz yumur. Bununla yanaşı, İranın 100 minlərlə müsəlmanı yurdundan didərgin salmış, öldürmüş, mədəni-dini dəyərlərini məhv etmiş Ermənistana dəstək verməsi onu göstərir ki, bu ölkə dini öz siyasi oyunlarında istifadə edir. İran islama, onun dəyərlərinə xidmət etmir, ermənilərlə qardaşlığı isə ölkənin riyakarlığını göstərir. İslam dininə hörmətsizlik göstərən Ermənistan İranla dost kimi davranır. İranın "böyüklük" sindromu, regiona "ağalıq" etmək istəyi planları Azərbaycan başda olmaqla müstəqil siyasət yürüdən öz maraqlarını inamla müdafiə edən dövlətlər tərəfindən iflasa uğradılıb. Ambisiyalarının əsirinə çevrilmiş İranın əlində regionda öz təxribat əməllərini diktə edə biləcəyi bircə Ermənistan qalıb. Odur ki, bu çarəsiz durum İranı özü kimi regionumuzdakı sabitliyə təhdid olan Ermənistanla daha da yaxınlaşdırıb. Bu iki dost-müttəfiq ölkə on illərdir regionu qarışdırmaqla, sülh əməkdaşlığı, dinc yanaşı yaşayışı təhdid etməklə məşğuldur. Diqqət edin, xarici diplomatların qətlə yetirilməsi girov götürülməsi məsələsində İran Ermənistan ön sıralarda duran, antirekorda imza atan iki ölkədir. Halbuki səfir, elçi, qonaq toxunulmazdır. Amma dünyada üçüncü bir dövlət adı çəkmək mümkün deyil ki, hansısa fars ya erməni diplomatını qətlə yetirsin. Üstəgəl, diplomatı öldürməyi qəhrəmanlıq saysın, terrorçulara, qatillərə abidələr ucaldıb onları bütləşdirsin, ziyarət yerlərinə çevirsin. İran özünü "islam respublikası" sayır. Müqəddəs Qurani-Kərimdə isə bir günahsız insanı öldürmək bəşəriyyəti öldürməyə bərabər tutulur.

Azərbaycanın 44 günlük müharibə ilə işğala son qoymasından sonra rüsvayçı şəkildə məğlub olan Ermənistanın terrorçularla bağlı iddiası məhz elə İran tərəfinin dilindən səsləndirilib. Hər zaman Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən İran Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra bizə qarşı daha aqressiv münasibət bəsləməyə başlayıb. Terror dövləti olan Ermənistana iqtisadi-siyasi dəstəyin artırılması İranın ölkəmizə qarşı məkrli niyyətindən xəbər verir. Təkcə bir faktı vurğulayaq ki, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) son bir neçə ayda İrana məxsus bir neçə cəsus şəbəkəsi ifşa edib. DTX tərəfindən deşifrə edilən İran casusları rəsmi Tehranın ölkəmizə düşmən münasibətinin göstəricisidir. İran ölkəmizə qarşı casus fəaliyyətini müxtəlif mədəniyyət mərkəzləri, dini mərkəzlər digər adlar altında həyata keçirməyə çalışır.

Hazırda İran Ermənistanla münasibətləri inkişaf etdirməyə, onu hərbi iqtisadi baxımdan yenidən dirçəltməyə səy göstərir. Məqsəd Ermənistanı Azərbaycanla yeni münaqişəyə cəlb etmək, bölgədə daha bir hərbi qarşıdurmanın baş verməsinə nail olmaqdır. İranla Ermənistan arasında qarşılıqlı səfərlərin artması, konsulluğun açılması  rəsmi Tehranın həm İslam dininin əleyhinə fəaliyyətindən xəbər verir. İran Zəngəzur dəhlizinin reallaşmasına açıq şəkildə maneə törətmək üçün əlindən gələni edir, hətta Ermənistan sərhədinin pozulmasını özünün "qırmızı xətt"i, Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi kimi qələmə verirTəəssüf ki, xain siyasət yürüdən İranın din xadimlərinin Azərbaycan əleyhinə yönəlmiş təxribatlarda iştirak etməsi İslamın əxlaq kodeksinə zidd bir əməldir. Tarix göstərir ki, İranın molla rejimi İslam dəyərlərinə, həmrəyliyinə, birliyinə ən böyük zərbə vurur. İran üçün heç bir din, beynəlxalq hüquqi dəyər anlayışı yoxdur, yalnız millətçi-aqressiv siyasət riyakarlıq üzərində qurulmuş hədəflər mövcuddur.

Mustafa KAMAL,

"Respublika".