İRADƏMIZƏ VƏ MÖVQEYIMIZƏ HEÇ KIM TƏSIR EDƏ BILMƏZ
Digər xəbərlər

İRADƏMIZƏ VƏ MÖVQEYIMIZƏ HEÇ KIM TƏSIR EDƏ BILMƏZ

Havadarlarını və "ağa"larını dəyişmək istəyən hayların dönüklüyü iki əsrdən çox onları himayə edən,  təhlükəsizliyinin qarantı olan Rusiyanın qıcığına səbəb olub.  Artıq onların arasında söz müharibəsi başlayıb.  Siyasi xadimlər bir-birini təhqir etməkdən çəkinmir,  ermənilər çox sırtıq şəkildə Rusiyanı günahlandırırlar.  Haylardan bundan artıq heç nə gözləmək olmaz,  bu həyasızlıq onların bulaşıq və murdar qanındadır. 

Ermənilər Qarabağda, Xankəndidə, Ağdərədə, Hadrutda, Xocavənddə və digər ərazilərdə yüksək həyat şəraitində, necə deyərlər, yağ, bal içində yaşayırdılar. Elə ki, azərbaycanlı ilə həmsöhbət olurdular, o zaman donquldanır, naşükürlük edir, cığallıqla, hiyləgərliklə şikayətlənirdilər. Bu xalis və xəbis erməni taktikasıdır, özlərindən başqa heç kəsi bəyənmirlər. Belə bir şəraitdə Qarabağdakı ermənilər keçmiş sovet dövlətində başlanan rüsvayçı və bədnam Qorbaçov yenidənqurmasından sonra Xankəndidə "miatsum" qışqıraraq Ermənistanla birləşmək üçün aramsız mitinqlərə başladılar. Lovğa, dikbaş, şovinist ermənilər uşaqlı-böyüklü meydanlarda qışqırırdılar, 1988-ci ildən başlayan mitinqlər 1991-ci ilin sentyabr ayında Xankəndidə davam etdirilirdi. Azərbaycana qarşı açıq-aşkar etiraz edirdilər, buna baxmayaraq, qorxduqları da hiss olunurdu. Həmin vaxt Azərbaycan hökuməti tərəfindən buraxılan taktiki səhv sonrakı faciələrimizə səbəb oldu. Hayların bədnam ziyalıları, Zori Balayan, Qalina Stravaytova və digərləri erməniləri sığındıqları Azərbaycana xəyanət etməyə vadar etdilər, isti ocaqları kor qoydular.

Ermənistan havadarlarına arxalanaraq Qarabağı və Şərqi Zəngəzuru işğal edəndən sonra sadə ermənilər elə bildilər ki, azərbaycanlıların əmlakını ələ keçirəcək, varlanacaqlar, lakin hər şey tərsinə oldu, həmin "miatsum" qışqıran erməni ailələri qıraqda qaldı, terrorçular, separatçılar və onların əlaltıları azərbaycanlılara məxsus daşınar və daşınmaz əmlakı öz aralarında böldülər, bəd ayaqda isə mırıldayan ermənilərə bir tula payı verdilər. Beləliklə, Qarabağda Azərbaycan vətəndaşı kimi asudə, xoşbəxt, varlı yaşayan ermənilər bir dəstə şarlatanın, oyunbazın, şovinistin toruna düşdü. Və 30 il səfalət içində, kasıbçılıqla, qıtlıqla yaşamağa məcbur oldular, "miatsum" onlara özlərinin də etiraf etdikləri kimi aclıq, bədbəxtlik, itki, övlad cənazələri gətirdi.

İkinci Qarabağ müharibəsində qazandığımız tarixi qələbədən sonra həmin terrorçu, separatçı, şovinist, cinayətkar, quldur Köçəryanlar, Sarkisyanlar, Arutyunyanlar, Ruben Vardanyan, Bako Saakyan və digər yanlar təşvişə və qorxuya düşüblər. Bu heç də səbəbsiz deyil, onlar anlayırlar ki, törətdikləri cinayətlərə görə cavab verəcəklər. Azərbaycanın haqlı mövqeyi, işğal altındakı torpaqlarını azad etməsi, Laçın sərhəd-keçid məntəqəsinin qurulması, rəsmi Bakının erməni vətəndaşlarına sülh əlini uzatması, bölgədə yeni reallığın yaranması onu göstərir ki, Azərbaycan öz torpaqlarında separatçıların, Ermənistan ordusunun tör-töküntülərinin, revanşistlərin bəd əməllərinə icazə verməyəcək, bu qəti qərarı və mövqeyi isə heç bir qüvvə dəyişə bilməyəcək. Bir müddət əvvəl Laçın sərhəd-keçid məntəqəsində qatı cinayətkar, Meşəli qatili, heç bir günahı olmayan azərbaycanlı qocaları, uşaqları, qadınları öldürən Vaqif Xaçaturyanın həbs edilməsi Xankəndidəki yarasaların kürkünə birə salıb, gec-tez yaxalanacaqlarını duyduqları üçün hər vasitə ilə erməni ailələrini özlərinə sipər edirlər, Moskvaya, Vaşinqtona, Parisə yalvarır, ağlaşma qurur, yalan, saxta informasiyalar yayırlar. Xankəndidə acı aqibətlərini gözləyən separatçıların kirli və cinayətkar əməlləri, böhtan və yalanları sərhəd tanımır. Qondarma "seçki" keçirir, yeni "prezident" seçirlər. Araik getsin, Şahramanyan gəlsin, fərq etməz, Xankəndi və ətraf ərazilərdə Azərbaycanın suveren hüquqları bərpa ediləcək, qədim yurd yerlərimizdə üçrəngli bayrağımız dalğalanacaq.

Erməniləri "sevən" və "dəstək"ləyən Fransa, İran kimi dövlətlər məğlubiyyət acısı yaşayan Ermənistanı və onun hüquqsuz əhalisini uçurumun kənarına itələyir, Xankəndidəki xunta rejiminə vədlər verir, bir sözlə, bölgədə gərginliyi artırmaqla məşğuldurlar. Məhz belə himayədarların təhriki ilə şərti sərhəddə son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayı artıb. Qeyd edək ki, həmin təxribatların qarşısı artıqlamasilə alınır. Ermənistan hakimiyyəti başda olmaqla Qarabağdakı separatçı rejimin qalıqları artıq xeyli müddətdir ki, müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd-keçid məntəqəsi qurmaqla Qarabağ ermənilərini blokadaya alıb, humanitar böhran vəziyyəti yaradıb, guya ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər. Bütün bu iddialar ağ yalandır, həqiqəti əks etdirmir, qondarma rejimin və Ermənistan hakimiyyətinin növbəti qarayaxma kampaniyasından başqa bir şey deyil. Bu məntəqə ilə Azərbaycan təkcə Qarabağa daxil olan mallara deyil, həm də insanlara nəzarəti təmin edir. Hər gün onlarla erməni ailəsi həmin nəzarət-keçid məntəqəsindən rahat şəkildə istifadə edir.

Rəsmi Bakı Xankəndidə və ətraf ərazilərdə yaşayan ermənilərə humanitar yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolunun açılmasını təklif etdi. Dərhal ermənilər narazılıq etdilər. Kor dirənişə baxmayaraq, həmin yol vasitəsilə Rusiya Qırmızı Xaç Komitəsinin göndərdiyi bir TIR humanitar yük Xankəndiyə aparıldı. Bütün dünya da şahidi oldu ki, Ağdam-Xankəndi yolu işlək vəziyyətdədir, "humanitar" şou düzəldənlərin yalanı ifşa edildi. Buna baxmayaraq, daşnaklar, separatçılar qəsdən və məqsədli şəkildə erməniləri qorxudur ki, Qarabağdakı bütün erməni kişilər cinayət təqibinə məruz qala bilər, çünki onların hamısı savaşda iştirak ediblər. Ancaq onlar kişilərlə məhdudlaşmayacaqlar. Qarabağ hökumətində (separatçı və oyuncaq rejimdə), "ədliyyə orqanlarında", "prokurorluqda", "polisdə", "milli təhlükəsizlik xidmətində" və digər "dövlət qurumlarında" işləyən və ya işləmiş bütün vətəndaşlar, o cümlədən Qarabağın bütün "qəhrəmanları" və ya "döyüş xaçı" ilə təltif edilmiş hərbi qulluqçular, "saxta parlament"ə seçilənlərin hamısı eyni əsaslarla cinayət təqibinə məruz qalacaqlar. Hələ ki, rəsmi Bakı səbir və dözüm göstərərək gözləyir ki, erməni vətəndaşları tövbə edərək haqq yoluna qayıtsınlar, yox əgər qayıtmasalar bu torpaqlardan çıxıb gedəcəklər. Qalan sadə erməni əsilli Azərbaycan vətəndaşları ölkəmizdəki bütün azlıqlar kimi rahat və sərbəst yaşayacaq, özlərinin və gələcək nəsillərinin təhlükəsizliyini təmin edəcəklər.

Əlləri azərbaycanlıların qanına bulaşan, yaşlıları, uşaqları, qadınları işgəncə ilə öldürən hər bir erməni qatil Azərbaycan qanunları qarşısında cavab verməli olacaq. Vaxtilə ermənilər tərəfindən Xocalıda, Qaradağlıda, Ağdabanda, Meşəlidə, Başlıbeldə dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı törədiləndə susmağa üstünlük verən, kar, kor olan beynəlxalq təşkilatlar, insan hüquq və azadlıqlarını "müdafiə edənlər", bəzi dövlətlər, ayrı-ayrı siyasi və ictimai xadimlər cinayətkarlara, qatillərə, uşaqları və qadınları diri-diri yandıran canilərə görə narahat olur, bəyanatlar səsləndirir, bütün bəşəriyyət üçün təhlükə olan erməni terrorçuları müdafiə etməyə cəhd edirlər. Onsuz da həmin ulaşma və ağlaşma quranların mənəviyyatı (əgər varsa) ermənilərin əli ilə çirkaba batıb, onlar həmişə haqqın gözünü bağlayıblar, təəssübkeşlik ediblər. Azərbaycan xalqı onları yaxşı tanıyır.

Salman ALIOĞLU,

"Respublika".