iOS istifadəçiləri “Apple”-dan narazıdır
Maraqlı

iOS istifadəçiləri “Apple”-dan narazıdır

Məşhur "Apple" şirkətinin tətbiq etdiyi yenilənmələr  iOS istifadəçilərinin narazılığına səbəb olub.

"Respublika" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Xəbərə görə, vaxtaşırı təklif edilən yeniləmələr iPhone-ları yararsız vəziyyətə gətirir. Bu məqsədlə, iOS istifadəçiləri texnologiya nəhənginin mağazalarında peşəkarlardan kömək istəməyə məcbur qalıblar. Onlar, həmçinin sosial media platformalarında yardım axtararaq, tətbiqlərinin sıradan çıxdığını və smartfonların donduğunu iddia edib.

Nəzrin ELDARQIZI,

"Respublika".