İnsanlar üçün ən təhlükəli 10 gənə növü
Təbiət

İnsanlar üçün ən təhlükəli 10 gənə növü

İnsanlar hər il yaz fəslinin gəlişini, istilərin başlamasını gözləyirlər. Havaların qızması ilə insanlar həftəsonlarında təbiətdə istirahətə daha çox üstünlük verirlər. Təbiət qoynunda pikniklər və hətta şəhər parklarında adi gəzintilər gənə dişləməsi kimi xoşagəlməz hadisə ilə nəticələnə bilər.

Çoxları onları böcək hesab edir, lakin bu fikir yanlışdır. Gənələr araxnidlər sinfindən olan artropodlardır. Gənələrin ümumilikdə 54 min növ var. Onlar demək olar ki, planetimizin hər yerində yayılıb, hətta Antarktida və Arktikada da rast gəlinir. Heyvanlarda və bitkilərdə, torpaqda yaşayırlar.

Gənələrin gözləri yoxdur, lakin əla qoxu hissi var. Onlar heyvanları və ya insanları 10 m məsafədə hiss edə bilirlər.

Onların əksəriyyəti insanlar üçün zərərsizdir. Təhlükəli növlərə ixodid gənələrin bütün nümayəndələri daxildir. Bu cinsdə ciddi xəstəliklərin daşıyıcıları var: gənə ensefaliti və borrelioz. İxodidlər müxtəlifdir, ümumilikdə 650-dən çox növ var.

Aşağıda insanlar üçün 10 ən təhlükəli gənə növü ilə sizi tanış edəcəyik.

 

10. İt gənəsi

Onun digər adı qəhvəyi gənədir. Avropa və Asiyada, Şimali Amerika və Şimali Afrikada yayılmışdır. Yarpaqlı və qarışıq meşələrdə məskunlaşır.

İt gənələrinin fəaliyyət müddəti kifayət qədər uzundur (aprelin əvvəlindən - oktyabrın sonuna qədər).

Onlar kiçik ölçülüdür, uzunluğu 2,5 mm-ə çatır. Bədən ovaldır, gövdəsinin yuxarı hissəsində möhkəm boşqab - qalxan var. Erkəklərdə qalxan bütün bədəni əhatə edir, dişilərdə isə gövdənin yalnız ön hissəsini əhatə edir. Rəngi ​​qəhvəyi.

Onurğalıların bir çox növləri bu gənələrin qurbanı olur. Bu sürünənlər, məməlilər və insanlar ola bilər. İt gənəsi ensefalit, Marsel qızdırması, Lyme xəstəliyi kimi xəstəlikləri daşıyırlar.

 

9. Qafqaz gənəsi

Bu növ argasid gənə ailəsinə aiddir. Rusiyanın cənub hissəsində, Qafqazda, Ukraynanın cənubunda geniş yayılmışdır. Yaşamaq üçün əsasən qaya çatları, heyvanların saxlandığı tövlələr kimi yerlərə üstünlük verirlər. Xüsusilə qışda aktivdirlər.

Qafqaz gənələri ixodidlər ailəsinin ən böyük üzvləridir. Bədən uzunluğu 30 mm-ə çata bilir. Oval və yastıdır, bədən örtüyü dəridir, qalxansızdır, rəngi ​​boz, sarı-qəhvəyi olur.

Gənələr mal-qara və ev quşlarına üstünlük verirlər. Heyvanlar üçün çox təhlükəlidirlər. Çox vaxt kütləvi şəkildə hücum edir və epidemiyalara səbəb olurlar. Onlar yalnız başqa yemək olmadığı təqdirdə insanla maraqlanırlar.

Qafqaz gənəsi endemik residiv qızdırma, borrelioz, hemorragik qızdırma daşıyıcısıdır.

 

8. Qırmızı toyuq gənəsi

Bu gənə növü bütün dünyada yayılmışdır. Quş yuvalarında, taxta səthlərdəki çatlarda və heyvanlar üçün hazırlanmış yataqlarda məskunlaşır.

Ölçüsü digər gənələrə nisbətən çox kiçikdir - uzunluğu 1 mm-ə qədər olur. Onu adi gözlə görüb fərq etmək demək olar ki, mümkün deyil. Rəngi qara, ağ və boz olur.

Adlarının əksinə olaraq, toyuq gənələri təkcə quşlarla maraqlanmır, onlar insanlara da hücum edə bilirlər. Toyuq gənəsi insanı dişləyə bilən altı növ quş gənəsindən biridir.

Qırmızı toyuq gənəsi insanları öldürmür, ciddi xəstəliklərin daşıyıcısı deyil. Ancaq yoluxdurduğu dermanissioz dəri xəstəliyinə görə şiddətli qaşınma, iltihab, yüksək hərarət kimi hallar insanın həyat keyfiyyətinə təsir göstərə biləcək narahatçılıqlar yarada bilər.

 

7. Qara ayaq gənə

Qara ayaq gənə ABŞ-da və Avropanın meşə-çöl zonasında yayılmışdır. Nəmli meşəlik ərazilərə üstünlük verirlər.

Gənənin ölçüsünü küncüt toxumu ilə müqayisə etmək olar. Adını ayaqlarının xarakterik rənginə görə alıb. Bədəni qəhvəyi və ya qara rəngdədir.

Gənə kərtənkələ, siçan, köçəri quşlarda parazitlik edir. Tez-tez ağ quyruqlu marallarda da rast gəlinir. Bəzən insana da hücum edə bilər. Onun özəlliyi ondan ibarətdir ki, o, qurbanın bədənində beş günə qədər ola bilər. Qara ayaqlı gənə aktiv və davamlıdır, şaxtadan qorxmur.

Bu gənənin dişləməsinin insan üçün nəticələri çox qorxulu ola bilər. İnsanda Lyme, babezioz və qranulositik anaplazmoz xəstəlikləri yarada bilər.

 

6. Avstraliya iflic gənəsi

Avstraliya üçün endemik canlıdır. Meşələrdə, kolluqlarda rast gəlinir. Avstraliya iflic gənələri bitkilərin yarpaqlarına yapışaraq qurbanın gəlməsini gözləyirlər.

Avstraliya iflici gənəsinin ölçüsünü sancağın başı ilə müqayisə etmək olar. Rəngi açıq qəhvəyidir.

Bu tip gənələrin üstünlük verdiyi qurbanları məməlilər, əsasən itlər və bandikotlardır. Bununla belə, onlar insanlarda da parazitlik etməkdən çəkinmirlər.

İnsanı dişləməsindən sonra ilk simptomlar dördüncü gündə görünür. Üşümə, qızdırma, titrəmə, əzələ ağrısı ilə başlayan simptomlardan sonra insanda iflic başlayır. Vaxtında tibbi yardım göstərilməsə, ölümcül sonun qarşısını almaq olmur. Bu gənənin dişləməsindən 25 nəfərin ölümü halı məlumdur.

 

5. Pavlovski gənəsi

Yaşayış yeri Qərbi Sibir və Uzaq Şərqdir. Otlaqlarda yaşayır, insanların yaşadığı ərazilərə uyğunlaşır.

Görünüşdə, o, "qohumu" olan tayqa gənəsinə çox bənzəyir. Bu növün ən böyüyünün uzunluğu 3 mm-ə çatır, rəngi ​​qəhvəyidir.

Pavlovski gənəsi yaz və yay aylarında, xüsusilə may və iyun aylarında aktivdir və çox təhlükəlidir. Onların dişləməsindən insanda ensefalit, bakterial və viral infeksiyalar baş verə bilər. Bu gənələrin insanı yoluxdurması yalnız dişləmə ilə deyil, eyni zamanda süd və digər heyvan məhsullarından istifadə zamanı da ola bilər.

 

4. Otlaq gənəsi

Orta Asiya, Cənubi Avropa, Aralıq dənizinin bəzi adalarında yayılmışdır. Bundan başqa Qərbi Sibirin cənub və şərq hissələrində də rast gəlinir. Onlar yarpaqlı kollara, otlaqlara, çöllərə üstünlük verirlər.

Gənələr böyük ölçülüdür, uzunluğu 7-8 mm-ə çatır. Dişilər zahiri olaraq xitinli bir qalxanın olması ilə erkəklərdən fərqlənir.

Otlaq gənələri mal-qarada parazitlik edirlər. Onlar digər ev heyvanlarının, eləcə də yırtıcıların, dovşanların və kirpilərin qanı ilə də qidalanmaqdan imtina etmirlər. İnsanlar da bu siyahıya aiddir.

Otlaq gənələrinin daşıdığı xəstəliklərin siyahısı olduqca təsir edicidir: taun, ensefalit, brusellyoz, tulyaremiya, tif və s.

 

3. Çəmən gənəsi

Əsasən Almaniya, Polşa, İngiltərədə yayılmışdır. Bundan əlavə Krımda və Rusiyanın Krasnoyarsk əyalətində də rast gəlinir.

Otlaq gənələrinə bənzəyir. Uzunluğu 8,5 mm-ə çata bilər. Otlaq gənələrində onları görünüşcə fərqləndirən əsas cəhət bel hissəsində olan ağ ləkələrdir.

Gənələr erkən yazda aktiv olur, may, avqust və sentyabr aylarında zirvəyə çatır. Güclü rütubəti və həddindən artıq quruluğu sevmirlər, buna görə də iyun-iyul aylarında nadir hallarda hücum edirlər.

Çəmən gənələri çox vaxt iri ev heyvanlarında və vəhşi məməlilərdə parazitlik edirlər. Onlar həmçinin kiçik heyvanları və insanları parazitləşdirirlər.

Listeria, erysipelothrix, brusellyoz kimi xəstəliklərlə yoluxdururlar.

 

2. Meşə gənəsi

Avropa, Şimal-Qərbi Afrika, Krım və Qafqaz yayılmışdır. Sıx otlu nəm qarışıq və yarpaqlı meşələrdə yaşayır. İsti mövsümdə aktiv olur, aktivliyinin pik vaxtı mayın sonu, avqust, sentyabr aylarıdır. Cənubda gənələr hətta soyuq dövrdə də hücum edir.

Meşə gənələri kiçikdir, maksimum uzunluğu 4 mm-dir. Rəngi ​​mis qəhvəyidir.

Hər növ məməlilər, sürünənlər və quşların qanı ilə qidalanırlar. Meşə gənəsi ensefaliti, paroksismal rikketsioz, listerioz və digər xəstəliklərin daşıyıcısıdır.

 

1. Tayqa gənəsi

Gənə Rusiyanın Mərkəzi hissəsində, Kareliyada, Cənubi Sibirdə, Primoryedə geniş yayılmışdır. Tez-tez Belarusiyada, Finlandiyada, Baltikyanı ölkələrdə və Qərbi Avropanın digər bölgələrində, Yaponiyada rast gəlinir. Meşədə, kollarda, çəmənliklərdə, şəhərlərin yaşıllıqlarında, bağ sahələrində və parklarda yaşayır.

Tayqa gənəsi bir çox cəhətdən meşə gənəsinə yaxındır. Uzunluğu 3,8 mm-ə çatır, rəngi qəhvəyidir.

Onlar üçün kimə hücum etmələrinin o qədər də əhəmiyyəti yoxdur. Onların qurbanı məməlilər, sürünənlər, quşlar, insanlar olur.

Tayqa gənəsi ensefalit və digər yoluxucu xəstəliklərin daşıyıcısıdır.