İndoneziyada güclü zəlzələ baş verib
Dünya xəbərləri

İndoneziyada güclü zəlzələ baş verib

İndoneziyanın Bali dənizi sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.

"Respublika" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, təxminən 515 kilometr dərinlikdə baş verən zəlzələdə hələlik can və ya mal itkisi qeydə alınmayıb.

Qeyd edək ki, ötən il İndoneziyanın Qərbi Yava əyalətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində 300-dən çox insan ölüb, minlərlə insan yaralanıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".