“İki dövlət, bir millət, bir ürək” adlı tədbir keçirilib
Diaspora

“İki dövlət, bir millət, bir ürək” adlı tədbir keçirilib

21 iyun DİDK-nin məlumatında bildirilir ki, Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbində “İki dövlət, bir millət, bir ürək” mövzusunda tədbir keçirilib.

Tədbirdə Türkiyənin Nantdakı Baş konsulluğunun, Nant Türk  Kültür  Dərnəyinin təmsilçiləri, Azərbaycan icmasının fəalları və məktəbin müəllim-şagird heyəti iştirak ediblər.  İki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Türkiyənin Nantdakı Bas konsulu Aslı Oral, dərnəyin sədri Sefer Altuntas, Azərbaycan-Fransa Mədəniyyət Assosiasiyasinin sədri Toğrul Zeynalov və başqaları çıxış ediblər.

Bildirilib ki, Azərbaycan və türk dünyası üçün böyük əhəmiyyət kəsb edən Qarabağ bölgəsinin adını daşıyan bu məktəb Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə əsasən azərbaycanlıların kompakt yaşadığı Nant şəhərində yaradılıb. Xaricdə yaşayan övladlarımızın doğma dillərini, tarixini, mədəni dəyərlərini mənimsəməsi, milli kimliklərini unutmaması, tarixi Vətənlərinə bağlılığın möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərən məktəbdə keçirilən dərslər və gerçəkləşdirilən layihələr barədə qonaqlara ətraflı məlumat verilib.

“Respublika”.