“İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Hüquqi aktlar

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 5, maddə 453; 2007, № 11, maddə 1179; 2008, № 9, maddə 863; 2014, № 3, maddə 310; 2018, № 3, maddə 615; 2019, № 10, maddə 1676; 2020, № 9, maddə 1212) 1-ci hissəsində “890 (səkkiz yüz doxsan)” sözləri “1070 (min yetmiş)” sözləri ilə əvəz edilsin.

2. Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

 Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri.

Bakı şəhəri, 14 yanvar 2022-ci il