Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir
Sosial həyat

Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir

“Heydər Əliyev İli” çərçivəsində Şəki Rayon Məhkəməsi tərəfindən rayonda fəaliyyət göstərən digər məhkəmələrin kollektivlərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbirlər keçirilib. Bu barədə Nazirliyin məlumatında bildirilir.

Hakimlər və məhkəmə aparatının əməkdaşları Ümummilli Liderin abidəsini ziyarət edərək əziz xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Yubiley münasibətilə həmçinin, ağacəkmə aksiyası keçirilib, əməkdaşlar arasında dama yarışı təşkil edilib. Şəki rayonunun şəhid ailələri ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb yardım göstərilib.

“Respublika”.