HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ QƏLBİNDƏ ƏBƏDİ YAŞAYACAQ
Siyasət

HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ QƏLBİNDƏ ƏBƏDİ YAŞAYACAQ

"Azərbaycana məhəbbət, xalqıma məhəbbət mənim canımdadır, qanımdadır, varlığımdadır. Heç kəs, heç bir qüvvə bu məhəbbəti mənim əlimdən ala bilməz".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Zaman tarix müxtəlif dövrlərdə hər xalq millət üçün nadir şəxsiyyətlər yetişdirmişdir. Şəxsiyyətlər isə öz növbəsində xalqının tarixini yazmışlar. Heydər Əliyevin 34 illik Azərbaycana rəhbərliyi dövründə respublikanın inkişafı, xalqın həyat səviyyəsinin yüksəlməsi, ölkəmizin dünya birliyinə inteqrasiyası digər sahələrdə apardığı islahatlar kənara qoyulsa belə, təkcə 90- illərin əvvəllərində Azərbaycan xalqını vətəndaş müharibəsindən, qardaş qırğınından xilas etməsinə, müstəqil Azərbaycanın memarı olmasına görə adı tarixə qızıl hərflərlə yazılmışdır.

Heydər Əliyev Azərbaycanın milli varlığı, fəxri şərəfidir. Ulu öndər öz istedadı, prinsipiallığı, mərdliyi vətənpərvərliyi ilə xalqını Azərbaycanın azadlığının müstəqilliyinin möhkəmlənməsi yolunda səfərbər etmişdir. Heydər Əliyevin dahiliyi onun unikal istedada, iti bənzərsiz yaddaşa, dərin ensiklopedik biliyə malik olmasında idi.

Heydər Əliyev 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikaya rəhbərliyə başlayıb. Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişi dövründə uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizin bünövrəsi qoyulurdu. SSRİ respublikaları arasında son yerlərdən birini tutan Azərbaycan artıq 1982-ci ildə 2 milyon ton üzüm, 1 milyon ton pambıq istehsal edirdi. Dahi lider respublikaya rəhbərliyinin birinci dövründə kadr siyasətinə xüsusi fikir verərək 15 min tələbəni respublikadan kənarda oxumağa göndərmişdir.

Heydər Əliyev 1976- ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabr ayında isə Siyasi Büronun üzvü seçilərək, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

Antik dövrün böyük mütəfəkkiri Sokrat söyləmişdir ki, "dahilər tənqid edilmir, amma öyrənilir". Dahi Heydər Əliyev cismən ildən-ilə Azərbaycan xalqından uzaqlaşsa da, xalqının qəlbində həmişə yaşayır, əməlləri, tövsiyələri ətrafa işıq saçır, xalqımızı işıqlı gələcəyə doğru aparır.

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider haqqında demişdir: "Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı...".

Mən ulu öndər Heydər Əliyev haqqında oxuduqlarımın, eşitdiklərimin, dinlədiklərimin bəzilərini onun 100 illik yubiley ilində oxuculara çatdırmaq istəyirəm.

1993- il sentyabr ayında Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin böyük zalında keçirilən iclasda iştirak edirdi. Söz dövlət başçısına verilərkən Heydər Əliyev səhnənin sağında qıraqda qoyulmuş tribunaya getməyərək ayağa qalxıb nitqinə yarızarafat-yarıciddi elə yerindəcə başlamışdır: "... Mən həmişə mərkəzdə olmuşam, elə indi mərkəzdən danışacağam...".

1952-ci ildən 1991-ci il avqust ayının 8-dək Zəngəzur mahalı Mehri rayonunun Nüvədi kəndində müəllim uzun illər məktəb direktoru işləmiş atam Əhmədəli Əliyev 1930-cu illərin sonlarında Naxçıvan Pedaqoji Texnikumunda oxuduğu günləri xatırlayaraq deyirdi ki, Heydər Əliyev məndən bir kurs yuxarıda oxuyurdu. Sərvboylu, inadkar, təşkilatçı bir tələbə idi. Tələbələr tez-tez onun ətrafına toplanırdı. Həmişə diqqət mərkəzində idi. O vaxtdan hiss olunurdu ki, onun gələcəyi parlaq olacaq...

Atam 1993- il avqustun 8- erməni quldurları tərəfindən Nüvədi kəndinin XX əsrdə üçüncü dəfə işğala məruz qaldığını, qovularaq təxminən kənddən şərqə 10-15 km məsafədə yerləşən Zəngilan rayonunun Vejnəli kəndində çadır qurub yaşadıqlarını belə xatırlayırdı: "Həmin il sentyabr ayının 10-u 11- Vejnəli kəndinə bir vertolyot endi. Nüvədinin gəncləri vertolyotla gələn ona yaxın insanı sual-cavaba tutdular. Mən daşın üstündə kənarda oturub onları seyr edirdim. Gördüm ki, dəstə mənə tərəf yaxınlaşır. Məlum oldu ki, vertolyot nüvədililərə dəstək üçün Naxçıvandan gəlib. Mənə yaxınlaşan polis zabiti, sonralar Azərbaycan Daxili İşlər nazirinin müavini işləmiş Əsgər Ələkbərov özünü təqdim edərək dedi ki, onları Heydər Əliyev göndərib. Tapşırıb ki, Əhmədəli müəllimdən nüvədililərin vəziyyətinin necə olduğunu öyrənin. Mən onlara kömək edə bilərəm?".

Naxçıvanın blokada şəraitində, ağır vəziyyətdə olmasına baxmayaraq, yenicə Muxtar Respublikanın Ali Məclisinin Sədri vəzifəsinə seçilən Heydər Əliyev yenə nüvədililəri unutmamış, onların qayğısına qalmışdı. Ümummilli lider nüvədililərin 1988-1991-ci illərdə düşmənə qarşı göstərdikləri müqaviməti dəyərləndirərək demişdir: "Nüvədi kəndinin camaatı çox dəyərli insanlardır".

"Heydər Əliyevi istər Azərbaycanda, istərsə Moskvada onunla yaxın ünsiyyətdə olan hər kəs sevirdi". Bunu "Report"un Rusiya bürosuna eksklüziv müsahibəsində SSRİ Dövlət Təhlükəsizlik Xidmətinin (DTK) 9-cu İdarəsinin əməkdaşı, 1982-1990- illərdə Heydər Əliyevin Moskvada işlədiyi vaxt sürücüsü olmuş Vladimir Tupiçın bildirirdi: "Yadımdadır, Azərbaycana məzuniyyət vaxtı gedən zaman ölkənin müxtəlif bölgələrini gəzirdik. O, insanlarla çox mehriban dostcasına danışır, onların həyatı, problemləri ilə maraqlanırdı... Heydər Əliyev çox qayğıkeş ailə başçısı idi. Ailə onun həyatında ən mühüm yer tuturdu".

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Bakı Dövlət Universitetində keçirilən "Ulu öndər xatirələrdə" silsilə tədbirlərin birində 1994-1998-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti sədrinin müavini işləmiş, professor İzzət Rüstəmovun auditoriyaya söylədiyi xoş sözləri məmnuniyyətlə oxuculara çatdırmaq istəyirəm: "Çox savadlı, dərin mütaliəyə malik, ürəyiyumşaq nadir bir şəxsiyyət idi. Şərqin, Kremlin mayakı idi. Onun Azərbaycan xalqına verdiyi ən böyük töhfə İlham Əliyev idi. İndi dünya cənab Prezident İlham Əliyevin başına and içir".

1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosuna baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verərkən, Mixail Qorbaçova "Heydər Əliyevə son qoymağa tələsməyin. Mən hələ son sözü deməmişəm. Haqqımda hələ eşidəcəksiniz", - deyib Kremldə zalı tərk etməsini indi xalqımız qürurla xatırlayır. Bu sözlərdən sonra zal bir neçə dəqiqə sükut içində qalmış, Qorbaçov isə çaşqın vəziyyətdə xeyli vaxt özünə gələ bilməmişdir.

1993- ilin iyununda xalqın tələbi ilə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi müstəqilliyimizin dönüş nöqtəsi oldu. Ulu öndər Azərbaycanın dağılmaq, yer üzündən silinmək təhlükəsinin qarşısını aldı. Silahlı qrupları ləğv etdi. Terrora öz mənfi münasibətini ilk bildirən dövlət xadimlərindən biri oldu, ona qarşı mübarizəyə başladı. Müstəqil Azərbaycanın ordusunu yaratdı. Azərbaycanı parçalanmaqdan qorudu. Qarabağ münaqişəsində atəşkəsə nail oldu. Qərblə Şərq, Şimalla Cənub qonşular arasında qardaşlıq, dostluq münasibətləri yaratdı.

Onun rəhbərliyi ilə 1994- ildə "Əsrin müqaviləsi" imzalandı. 1998-ci ilin sentyabrında 30 dövlət başçısı, o cümlədən 7 prezidentin iştirak etdiyi ilk "İpək yolu" beynəlxalq konfransı keçirildi. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir", - deyən ulu öndər Heydər Əliyev Azərbaycan iqtisadiyyatının dağılmasının qarşısını aldı. Dövlət başçısı xarici ölkələrə səyahəti nəticəsində beynəlxalq əlaqələri tənzimlədi, dünya dövlətləri arasında Azərbaycanın yerini müəyyənləşdirdi. Müstəqil Azərbaycana investisiya axınının bünövrəsini qoydu. Möhkəm, müstəqil Azərbaycan qurdu. Heç təsadüfi deyil ki, onun şəxsiyyətinə inanan güvənən dövlətlərin bu gün Azərbaycana qoyduqları investisiyanın həcmi 300 milyard dollardan çoxdur.

Anton Çexov demişdir: "Mən həyatımı elə şərtlər daxilində qurmuşam ki, zəhmət qaçılmaz olsun. Zəhmətsiz xoş həyat, xoş rüzgar yoxdur". Bu sətirləri gözümün önünə gətirəndə Heydər Əliyevin həyatı ilə eynilik təşkil etdiyinin şahidi oluram: "Eniş-yoxuşlar, maneələr, mübarizələr insanın həyatını daha da zənginləşdirir. Mən həm çətinliklərlə mübarizə aparmışam. Lakin xoşbəxtəm. 14 il Azərbaycanın yeganə rəhbəri olmuşam, lakin evim olmayıb. Həyatın mənasını mənəvi zənginlikdə gördüyüm üçün maddi nemətlər məni heç vaxt maraqlandırmamışdır. Varlıların pulu çoxdur, mənim isə qəlbim geniş zəngin, alnım açıqdır!..".

Bu gün dünyada 200-ə qədər dövlət, 7 mindən çox millət xalq vardır. Xoşbəxt o xalqdır ki, onun ulu öndəri var, o xalq daha çox xoşbəxtdir ki, ulu öndərin davamçısı var. Dünyaya nəzər saldıqda, ABŞ-ın Corc Vaşinqtonu, İngiltərənin Uinston Çörçilli, İkinci Dünya müharibəsindən sonra yerlə-yeksan olmuş məğlub Almaniyanı "dirildib", qısa vaxtda dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxaran Baş nazir Konrad Adenaueri, Fransanın Şarl de Qollu, Çinin Den Siyaopini, Hindistanın Cəvahirlər Nehrusu, Misirin Camal Əbdül Nasiri, Cənubi Afrika Respublikasının Nelson Holilala Mandelası, Türkiyə Cümhuriyyətinin Mustafa Kamal Atatürkü, Azərbaycanın isə Heydər Əliyev kimi ulu öndəri vardır. Bu mənada, Azərbaycan xalqı xoşbəxtdir ki, ulu öndər Heydər Əliyevin davamçısı, Azərbaycan Pespublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevi vardır. Ulu öndərin davamçısı dünyaşöhrətli siyasi xadimin övladı olmaqla yanaşı, həm onun hərtərəfli məktəbində yetişmişdir. Onun siyasəti, tövsiyələri, vəsiyyətləri İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir. Ulu öndər Heydər Əliyev hədər yerə deməmişdir ki, "Mən ona özüm qədər inanıram...".

Azərbaycan Respublikası bu gün uğurla inkişaf edir, dünya dövlətləri arasında layiqli yerini tutur. Dünya səviyyəsində Azərbaycanın mövqeyi gündən-günə möhkəmlənir. Azərbaycan dünyanın enerji təhlükəsizliyi sahəsində, enerji resurslarının daha da şaxələnməsi, Avropanın enerji təhlükəsizliyinin güclənməsi istiqamətində inamlı addımlar atır. Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır... Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan "Strateji Tərəfdaşlıq haqqında" Bəyannaməyə imza atıb. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır bu tərəfdaşlığın çox güclü gələcəyi var. Azərbaycan Avropaya təkcə təbii qaz deyil, həm xam neft, neft-kimya məhsulları, elektrik enerjisi s. ixrac edir. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edir: " ... hazırda biz Azərbaycanın bərpaolunan enerjinin istehsalı ixracı mənbəyinə çevrilməsi üzərində çalışırıq". Azərbaycanın bərpaolunan enerjisinin hesablanmış potensialı təxminən 200 qiqavatdır, artıq Avropaya ixrac olunacaq 25 qiqavata yaxın elektrik enerjisinin istehsalı üçün aparıcı beynəlxalq şirkətlərlə müqavilələr bağlanmışdır.

Bütün bunlar Heydər Əliyev uzaqgörənliyinin, İlham Əliyevin apardığı unikal siyasətin nəticəsidir. Əgər Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridirsə, İlham Əliyev xalqın ümidi, bu günü gələcəyidir. Azərbaycan xalqı öz taleyini İlham Əliyevə etibar etmiş, hər yerdə hər zaman onun yanındadır.

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin

kafedra müdiri, professor.