Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan
Siyasət

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan

Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi mədəni həyatının bütün sahələrində dirçəlişi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini nəzərə alaraq, xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 mart 2004- il tarixli fərmanına əsasən bir sıra dövlət əhəmiyyətli sənaye, təhsil, mədəniyyət, idman müəssisələrinə onun adı verilmişdir.

Bugünkü sayımızdaBakı-Tbilisi-Ceyhanhaqqında yığcam məlumatı oxucularımıza təqdim edirik.

Türkiyənin İstanbul şəhərində 1999-cu ilin noyabrında keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın18- Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməl daşı qoyulmuş tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004- ilin oktyabrında baş tutdu. 2006- il iyulun 13- isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Prezident İlham Əliyev həmin mərasimdə söylədiyi nitqində bildirdi ki, "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanda böyük neft siyasəti başlanmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış Azərbaycanın yeni neft strategiyası öz imkanlarından istifadə edib bizi qarşıda duran bütün məqsədlərə çatdırdı.

Prezident İlham Əliyevin 2004- il martın 10-da imzaladığı "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" fərmanı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə Heydər Əliyevin adı verilib.

 Ümummilli lider Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri "Əsrin müqaviləsi" çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. BTC boru kəmərinin tikintisinə 2003- ilin aprelində başlanıb 2005-ci ildə başa çatdırılıb. Ceyhan dəniz limanında neft tankerinin Azərbaycanın "Azeri Light" markalı neftilə ilk yüklənməsi 4 iyun 2006- il tarixində həyata keçirilib.

Ümumi uzunluğu 1768 km olan BTC b

oru kəməri üç ölkənin ərazisindən keçir: Azərbaycan (443 km), Gürcüstan (249 km) Türkiyə (1076 km).

BTC boru kəməri başlıca olaraq "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neftin Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanınadək nəql olunması üçün nəzərdə tutulub, lakin digər ölkələrdən neftin nəqli üçün istifadə imkanları var.

Boru kəmərinin ötürücülük qabiliyyəti gündə 1,2 milyon barel (160 min ton/gün) təşkil edir bu həcm artırıla bilər. Hazırda boru kəmərinin Azərbaycan Gürcüstanda yerləşən hissələrinin operatoru "BP" şirkətidir. Türkiyədə yerləşən hissəsinin operatoru isə "BOTAŞ International Limited" (BİL) şirkətidir.

Respublika”.