Hərbi Prokurorluq: Müdafiə Nazirliyinin hərbi qulluqçusunun özünü öldürməsi faktı üzrə cinayət işi başlanılıb
Digər xəbərlər

Hərbi Prokurorluq: Müdafiə Nazirliyinin hərbi qulluqçusunun özünü öldürməsi faktı üzrə cinayət işi başlanılıb

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Bəndəliyev Elsun Habil oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Tərtər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Bu barədə respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, daxil olmuş məlumat əsasında Tərtər Hərbi Prokurorluğunun və respublika Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Tərtər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Məlumatda bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.