Həmyerlimiz Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb
Diaspora

Həmyerlimiz Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb

Amil Səfərovla eyni partiyadan olan deputatlardan birinin fəaliyyətinə xitam verildiyi üçün həmyerlimiz partiya siyahısından seçilərək onu əvəzləyir.

Hər iki valideyni azərbaycanlı olan, 38 yaşlı həmyerlimiz Latviyada anadan olub, təhsilini də həmin ölkədə alıb. Amil Səlimov həmçinin Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə sabiq kordinatorudur.

Qeyd edək ki, Latviya parlamentinə sonuncu seçkilər 2022-ci il oktyabrın 1-də keçirilib.

"Respublika".