Haylar Rusiyadan üz döndərir
Digər xəbərlər

Haylar Rusiyadan üz döndərir

Son zamanlar Ermənistanda hökm sürən anti-Rusiya ritorikasından demək olar ki, hər kəs xəbərdardır. Xain haylar tərəfindən rəsmi Moskvaya qarşı ittihamlar səsləndirilsə də, bu gün Ermənistan iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdədir. Buna görə də İrəvan bu asılılığa son qoymaq üçün yeni çırpınışlara başlayıb. Paşinyanın ötən gün Rusiyanın Ermənistanın təhlükəsizliyinə təminat verə bilməməsi barədə söylədiyi fikirlər qərb qonşumuzun bu asılılıqdan xilas olmaq yolunu axtardığını göstərir. Burada maraq doğuran əsas məqam isə Hayastana himayədarlığı hansı ölkənin öz üzərinə götürəcəyidir. Həmçinin Ermənistan Rusiya təbii qazını hansı ölkə ilə əvəz edəcək?

Siyasi məsələlərdə əsasən Qərbə meyil edən Ermənistan Fransa kimi havadarların hesabına təxribatlarını davam etdirmək niyyətindədir. Fransa da öz növbəsində Ermənistan üzərindən Cənubi Qafqazdakı maraqlarını həyata keçirməyə çalışır. Siyasi məsələlərdə erməni şousuna ortaq olan Fransa iqtisadi cəhətdən Paşinyan hökumətinə dəstək göstərmək iqtidarında deyil. Bu baxımdan Rusiyanın nəql etdiyi təbii qazın Fransa tərəfindən əvəzlənməsindən söz gedə bilməz. Belə olduğu təqdirdə Ermənistan üzünü digər havadarlarına tutacaq. Rusiyaya qarşı çıxsa da, əslində Ermənistan üçün qaz məsələsi həyati anlam kəsb edir. Hazırda Hayastanın təbii qazla təminatını Rusiyanın "Qazprom" şirkəti həyata keçirir. "Qazprom Armeniya" isə onun törəmə şirkəti hesab olunur. "Qazprom" onun yeganə sərmayədarıdır. Əsas fəaliyyəti təbii qazın nəqli, saxlanılması, bölüşdürülməsi və satışı və s. kimi məsələlər olan şirkət qazlaşdırma və qaz təchizatı üzrə 15 filialı ilə fəaliyyət göstərməkdədir. Şirkət, həmçinin Ermənistanın ən böyük vergi ödəyicisi və elektrik enerjisi istehlakçısıdır. Hayastan hər il Rusiyadan 1000 kubmetri 165 dollara 2 milyard kubmetrdən artıq təbii qaz alır.

Qeyd etdiyimiz faktlardan bir daha Ermənistanın təbii qaz tədarükündə məhz Rusiyadan asılılığı aydın şəkildə gözə çarpır. Fransanı siyahıdan kənarlaşdırsaq, geridə hayların digər havadarı - İran qalır. Bu ilin yay aylarında, Ermənistan və İran arasında "Elektrik enerjisi müqabilində qaz" sazişinin müddətinin 2030-cu ilədək uzadılmasına dair sənəd imzalanmışdır. Bundan başqa, İrandan Ermənistana çəkilən qaz kəmərinin uzunluğu 190 kilometrdir. Həmin kəmər İrana Ermənistan üçün illik bir milyard kubmetrdən çox təbii qaz nəql etmək gücü verir. İndiki vəziyyətdə məhz bu xətlə ildə 365 milyon kubmetr təbii qaz idxal olunur.

Ermənistan Rusiya təbii qazını əvəzləyəcək mənbə kimi İraqı görür. Ermənistan və İraqı təkcə burada məskunlaşan haylar deyil, yürütdükləri siyasətdə birləşdirir. Məlum olduğu kimi, erməni politoloqlar, eləcə də hayların rəsmiləri əvvəllər "PKK" terrorçu qruplaşmasının başçıları ilə sıx əlaqədə idilər. Onlar hətta həmin terrorçu qrupun üzvləri ilə tez-tez görüşlər də keçirirdilər. Son zamanlarda iki ölkə arasındakı münasibətlərə nəzər yetirsək görərik ki, tez-tez nümayəndə heyətlərinin görüşləri keçirilir. Bu yaxınlarda da Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanın başçılıq etdiyi nümayəndə heyətinin Bağdadda səfəri baş tutub. Görüş çərçivəsində iki ölkə arasındakı iqtisadi-ticarət əlaqələrinin potensialının tam reallaşması vurğulanıb. Güman olunur ki, Ermənistan həm İrana, həm də İraqa müraciət edərək Rusiya qazının yerini doldurmağa çalışacaq.

 "Hraparak" qəzetinin yaydığı məlumatlarda da rəsmi Moskva əleyhinə fikirlər yer alır. Belə ki, məlumatlarda "Qazprom Armeniya"da işçilərin şirkətdə illər ərzində formalaşmış ənənələrə və qaydalara əməl edilməməsindən narazı olduğu qeyd edilir. Bildirir ki, həm "Qazprom Armeniya", həm də "Yerevanqaz" maaşları azaldıb". Bundan başqa, yaxın zamanda işçilərin "Qazprom"un baş ofisinə - Rusiyaya bu barədə müraciət edəcəyi ilə bağlı fikirlər də xəbərlərdə öz əksini tapır. Buradan bir daha Ermənistanın Rusiyaya qarşı növbəti etirazının havası duyulur. Əslində, bu cür hallar Rusiyanın da Ermənistana qarşı qəzəbinin təcəssümü kimi də qiymətləndirilə bilər. Haylar əvvəlcədən etdikləri yanlışı dərk etməli idilər. Amma nankorluq və satqınlıq onların qanında olduğu üçün Ermənistanın bu cür davranışları heç də təəccüb doğurmur.

N.BEYDİYEVA,

"Respublika".