Gerçək imiş Koroğlunun dəliləri...
Mədəniyyət

Gerçək imiş Koroğlunun dəliləri...

Fərman gəldi, əmr olundu
"Yurd, irəli!",
daha bizi bezdirmişdi "Vaxt oyunu",
gerçə
k imiş Koroğlunun Dəliləri,
44-günlük döyüşlərdə gördük bunu!
Dost qınağı ağır olur yad olanın tənəsindən,
qürbətlərdə dəfələrlə üz qızartdıq, "yerə girdik",
rəzil oldu yağı düşmən həmləmizdən,
biz möhtəşəm Zəfər çalan
bu savaşa girməliydik!
Mərmilərin bağırtısı yeri-göyü oynadırdı,
hər əsgərin qəlbindəki bir müqəddəs inad idi,
O son savaş düşmənlərə "Qır qazanı" qaynadırdı,
davadakı köhlənlərin hamısı da

Qırat idi!
Zəlzələtək, sel kimiydi coşan Millət tərpənişi,
Vətənimin hər övladı yenilməyən igid,qoçaq,
arada bir Xankəndi var; o da beş-on günün işi: Xan-
kəndinə qayıdacaq!
B
u Zəfərin Sərkərdəsi özü Ali Baş Komandan,
öz hökmü var hər zamanın Söz sahibi gələsiydi,
İsmi oldu Vətənimin – "Qələbəli Azərbaycan!"
Ordumuzun hər əsgəri bir Koroğlu dəlisiydi!!!

Xalq şairi

Vahid ƏZİZ.